Sevgi sizi kor da edə bilər, hansı ki, acı çəkəcəyinizi bilsəniz də ona qatlanarsınız. Amma o acı bir gün sizi o qədər incidər ki, tək özünüzə yox, ətrafınıza da ziyan verərsiniz. Bəzən isə sevgi adlandırdığınız hiss əsil sevgi yox sadəcə aldadıcı bir hissiyat olar. O hissə qapılarsınız; yuxular, xəyallar görərsiniz və orda yaşarsınız. Amma doğurdan da heç vaxt özünüzü sorğulamaz, hisslərinizi aydınlaşdırmaz, özünüzə sual verməzsiniz. Ən əsası heç vaxt əsil sevginin dadını məhz uzaqdan sevərək, qoruyaraq, hörmət edərək, empatiya edərək də yaşaya bilinəcəyini bilməzsiniz. Sevgi iki insanın paylaşdığı bir dünyadır…