Bəzən kitab mağazalarında qarşımıza çıxır: "Hakimin stolüstü kitabı", yaxud həkimin, diplomatın, jurnalistin və s. stolüstü kitabları. Qədim yunan filosofu və alimi Aristotelin "Poetika" əsərinı də "yazıçının stolüstü kitabı" hesab edə bilərik. Təsəvvür edin 2300 il əvvəl yaşamış alim elə mövzunu qabardıb ki, müasir dövrümüzdə hələ də köhnəlmir, oxunur, müraciət edilir, aktuallığını qoruyub saxalyır. Ədəbiyyatın ən qədim incələməsini böyük həyəcanla oxuyursan, Aristotellə söhbət edirsən sanki, eyni zamanda öyrənirsən. Bir sözlə, bu kiçik kitabçanın məzmun dərinliyinə, əsrlərdən bəri solmayan təravətinə heyran qalmamaq mümkün deyil. Özünü yazıçı kimi inkişaf etdirmək istəyən oxucular mütləq göz atmalıdırlar.
Tərcümə - Aslan Aslanov (Ön Söz)lə birlikdə.
“ŞƏRQ-QƏRB”
BAKI-2006
Xoş mütaliələr!