Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Qağayı

Anton Çehov

En Eski Qağayı Sözleri ve Alıntıları

En Eski Qağayı sözleri ve alıntılarını, en eski Qağayı kitap alıntılarını, etkileyici sözleri 1000Kitap'ta bulabilirsiniz.
Bilirsiniz mən nə qədər bədbəxtəm! Sizin məndən soyumanız dəhşətdir, ağlasığan şey deyil, elə bil birdən oyanıb görürəm ki, bu göl tamamilə quruyub, yaxud yerin dibinə batıb.
Mən yalqızam.Yüz ildə bir dəfə ağzımı açıram ki,danışam və səsim bu boşluqda elə həzin çıxır ki,heç kəs məni eşitmir...
Reklam
Dərin və boş bir quyuya salınmış əsir kimi harada olduğumu və məni nələr gözlədiyini bilmirəm.
Söyləməyə bir söz qalmayanda deyirlər: gənclik, gənclik...
"Yalnızlıq"
"İnsanlar, aslanlar, qartallar və kəkliklər, buynuzlu marallar, qazlar, hörümçəklər, suda yaşayan dinməz balıqlar, dəniz ulduzları və adi gözlə görmək mümkün olmayan bir çox başqaları, bir sözlə, həyatda hər şey, hər şey, hər şey kədərli bir dövrə vurub söndü... Minlərcə əsrdir ki, yer kürəsi öz üzərində heç bir canlı məxluq yaşatmır və bu zavallı ay öz fənərini nahaq yandırır. Artıq nə çəməndə durnalar qışqırıq salıb oynayır, nə də cökə meşələrində may böcəkləri səslənir..."
Sayfa 110 - NinaKitabı okudu
Məncə müasir teatr mövhumat və cəhalətdir. Çıraq işığında pərdə açılır, üç divarlı bir otaqda bu böyük istedad sahibləri , müqəddəs sənət kahinləri insanların necə yeyib içdiyini, necə sevdiyini ,necə gəzdiyini ,necə geyindiyini təsvir edərkən ,bayağı səhnələrdən və cümlələrdən əxlaqi bir nəticə asan anlaşılan , məişətdə faydalı eyni fikri ,eyni hadisəni min bir variantda dalbadal mənə təqdim edərkən Mopassan ,öz bayağılığı ilə onun beynini əzən Eyfel qülləsindən qaçdığı kimi ,mən də dalıma baxmadan qaçıram ,qaçıram....
Sayfa 16 - QanunKitabı okudu
Reklam
İnsanlar, qartallar, aslanlar və kəkliklər, buynuzlu marallar, qızlar, hörümçəklər, suda yaşayan dinməz balıqlar, dəniz ulduzları və adi gözlə görmək mümkün olmayan bir çox başqaları, bir sözlə, həyatda hər şey, hər şey, hər şey kədərli bir dövrə vurub söndü... Minlərcə əsrdir ki, yer kürəsi öz üzərində heç bir canlı məxluq yaşatmır və bu zavallı ay öz fənərini nahaq yandırır. Artıq nə çəməndə durnalar qışqırıq salıb oynayır, nə də cökə meşələrində may böcəkləri səslənir. Soyuqdur, soyuqdur, soyuqdur. Boşluqdur, boşluqdur, boşluqdur. Qorxuncdur, qorxuncdur, qorxuncdur.
1.000 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.