Yazıçının sayca altıncı olan "Qan ləkəsi" kitabında bir-birindən maraqlı dedektiv povestlər cəmləşdirilmişdir. İxtisasca hüquqşunas olan və uzun illərdən bəri prokrorluq orqanlarında işləyən Əli Bayramov onun əsərləri ilə əlaqədar deyiləcək tənqidi fikirlər, tənqidi yazılar, xoş sözlər və ona ünvanlana biləcək oxucu məktublarına görə qabaqcadan öz minnətdarlığını bildirir və bunu yaradıcılığına göstərilən böyük diqqət və köməklik kimi qəbul edəcəkdir.