Təqdim olunan monoqrafiya dərin və ətraflı elmi tətqiqat işinin nəticəsidir. Bu vaxta qədər bu ərazilər haqqında söylənilən fikirlərin əsasən "ötəri baxış" xarakterli olduğunu nəzərə alsaq, indiki Xızı və Siyəzən rayonlarının tarixi, etnik tərkibi, toponimləri ilk dəfə tarixi faktlar əsasında araşdırılmış, dağlıların qədim oğuztürk mənşəli olduğu və sonradan bu əraziyə gəlmiş səlcuq oğuzlarının, şahsevənlərin bu camaatın təşəkkülündə iştirakı sübuta yetirilmişdir. Monoqrafiyada qədim As-ər ölkəsi və onun paytaxtı, As istehkamı, Xız qalası, As-Van müharibələri, Xızır və Musa peyğəmbərlərin tarixi görüşü haqqında müqəddəs İncildə, Quranda, skandinav saqalarında, Çin əfsanələrində, "Nart" eposunda, qədim oğuznamələrdə verilən məlumatlar bir araya gətirilmiş, tarix ədəbiyyatında verilmiş məlumatlarla, faktlarla uzlaşdırılmışdır. Monoqrafiya tarixçi mütəxəssislər, tələbələr və bu mövzu ilə maraqlanan oxucular üçün nəzərdə tutulur.