Xızı-Siyəzən Bölgəsinin Tarixi

Rəfail Oğuztürk Dağlı

Xızı-Siyəzən Bölgəsinin Tarixi Hakkında

Xızı-Siyəzən Bölgəsinin Tarixi konusu, istatistikler, fiyatları ve daha fazlası burada.
10/10
1 Kişi
1
Okunma
1
Beğeni
495
Görüntülenme

Hakkında

Təqdim olunan monoqrafiya dərin və ətraflı elmi tətqiqat işinin nəticəsidir. Bu vaxta qədər bu ərazilər haqqında söylənilən fikirlərin əsasən "ötəri baxış" xarakterli olduğunu nəzərə alsaq, indiki Xızı və Siyəzən rayonlarının tarixi, etnik tərkibi, toponimləri ilk dəfə tarixi faktlar əsasında araşdırılmış, dağlıların qədim oğuztürk mənşəli olduğu və sonradan bu əraziyə gəlmiş səlcuq oğuzlarının, şahsevənlərin bu camaatın təşəkkülündə iştirakı sübuta yetirilmişdir. Monoqrafiyada qədim As-ər ölkəsi və onun paytaxtı, As istehkamı, Xız qalası, As-Van müharibələri, Xızır və Musa peyğəmbərlərin tarixi görüşü haqqında müqəddəs İncildə, Quranda, skandinav saqalarında, Çin əfsanələrində, "Nart" eposunda, qədim oğuznamələrdə verilən məlumatlar bir araya gətirilmiş, tarix ədəbiyyatında verilmiş məlumatlarla, faktlarla uzlaşdırılmışdır. Monoqrafiya tarixçi mütəxəssislər, tələbələr və bu mövzu ilə maraqlanan oxucular üçün nəzərdə tutulur.
Tahmini Okuma Süresi: 8 sa. 3 dk.Sayfa Sayısı: 284Basım Tarihi: 2011Yayınevi: Xəzər Universiteti Nəşriyyatı
ISBN: 9789952807004Ülke: AzerbaijanDil: AzericeFormat: Karton kapak
Reklam

Yazar Hakkında

Rəfail Oğuztürk Dağlı
Rəfail Oğuztürk DağlıYazar · 1 kitap
Şair, tarixçi-etnoqraf, pedaqoq, hərbçi. Rəfail Oğuztürk Dağlı (Mustafayev Rəfail Salman oğlu) 1966-cı il may ayının 22-də Bakı şəhərində anadan olub. Əslən Sayad-Xızı (indiki Xızı) rayonundandır. Səlcuqlu Dövlətinin qurulmasında misilsiz xidmətləri olan, Türk tarixində daha çox “Arslan Yabqu elatı” kimi tanınmış “Dağlı” (Qara Dağlı) oğuz elatının məşhur isalu-əfşar tayfasındandır. 1973-1983-cü illərdə Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən 21 saylı orta məktəbdə oxuyub. 1983-cü ilin dekabr ayından 1985-ci ilin iyunayına qədər fəhləişləyib. 1985-ci ilin avqust ayında Leninqrad (indiki Sankt-Peterburq) Ali Hərbi Mühəndis Məktəbinə daxil olub və 1990-ci ildə bu məktəbi bitirib. 1990 – 1991-ci illərdə Şimali Qafqaz Hərbi Dairəsində xidmət edib. 1991-ci ildə Zaqafqaz Hərbi Dairəsinə keçirilib. 1992-ci ildən 2003-cü ilə qədər Azərbaycan Silahlı Qüvvələri sıralarında xidmət edib. 1993-1994-cü illərdə cəbhə bölgəsində (Ağdam rayonu ərazisində) xidmət edib. 1994 – 2003-cü illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində, Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində müəllim, baş müəllim və silsilə rəisi vəzifələrində xidmət edib, 2003-cü ildə, polkovnik-leytenant rütbəsində ehtiyata buraxılıb.