Qar Üstündə Yoncalar

Tahirə Quliyeva

Qar Üstündə Yoncalar Sözleri ve Alıntıları

Qar Üstündə Yoncalar sözleri ve alıntılarını, Qar Üstündə Yoncalar kitap alıntılarını, Qar Üstündə Yoncalar en etkileyici cümleleri ve paragragları 1000Kitap'ta bulabilirsiniz.
Hər kəs öz yanlışları ilə üzləşməlidir. Qaçmaq qorxaqlıqdı..
Sayfa 90 - Mücrü NəşriyyatKitabı okudu
Bəzən elə yaşayırıq ki, elə sanırıq hər şey bu şəkildə davam edəcək. Heç nə dəyişmədən, heç ölməyəcəkmiş kimi. Heç itirməyəcəkmiş kimi yaşayırıq bu həyatı. Bədbəxt olduğumuzu düşündüyümüz an, elə hiss edirik ki, bu yaşanmışlıqların ağrısı bir ömür keçsə belə, üzərimizdən silinməz. Biz yaşlanarıq, bu bədbəxtlik də bizimla birgə yaşlanar, amma keçməz, sonlanmaz deyə düşünürük. Xoşbəxt olduğumuzu hiss etdiyimiz an elə düşünürük ki, bu xoşbəxtliyi həyatımızdan bir əl ilə silib kənara atacaq heç bir şanssızlıq yaşamarıq. Bu xoşbəxtlik hissi sona qədər davam edər. Elə düşünərik ki, həyat bizə heç oyun oynamaz, həyat bütün yolları qarşımıza sərər, təki bu xoşbəxtlik hissi üzərimizdən getməsin deyə. Amma hər şey keçǝr, hər şey müvəqqəti bəxş edilər həyatımıza. Bu gün sevdiklərimiz sabah yox olar, "Onsuz yaşaya bilmərəm" dediyimiz insanlarsız həyatda dimdik durmağı öyrənərik. Həyat qəribədir, biz isə həyatdan da qəribəyik..
Sayfa 162 - Mücrü NəşriyyatKitabı okudu
Reklam
İnsanlar insanlara bağlı şəkildədir. Çünki cəmiyyətin bütün fərdləri tək-tək dünyaya gəlsə belə, hamısı bir toplum üzərində eyni adın altında yaşayırlar. "Cəmiyyət" adı altında. Hər kəs fərqli dünyalara sahib olsa belə, onlar tək dünyanın rəngli beyinli cəmiyyətinin üzvləridir.
Sayfa 82 - Mücrü NəşriyyatKitabı okudu
Bir az səbir və inam. Bilirsən, bunlar hər şeyin açarıdır. Nə bilim, bəzən insanın əlində heç nəyi olmasa belə, böyük inamı varsa, artıq yolu yarılayıb demək olar. İnanmaq lazımdır..
Sayfa 87 - Mücrü NəşriyyatKitabı okudu
Görmək ya baxmaq?
Ətrafıma baxdım, hər kəs baxırdı, bütün insanlar amma görmürdülər..
Sayfa 34 - Mücrü NəşriyyatKitabı okudu
Burda yaxşı deyirlər, sən saydığını say, gör fələk nə sayır. Sən nə istəyərsən, xəyal et, onsuz da, Allah sənə uyğun olanını sənə bəxş edəcək.
Sayfa 24 - Mücrü NəşriyyatKitabı okudu
Reklam
14 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.