Qar Üstündə Yoncalar

Tahirə Quliyeva

Qar Üstündə Yoncalar Gönderileri

Qar Üstündə Yoncalar kitaplarını, Qar Üstündə Yoncalar sözleri ve alıntılarını, Qar Üstündə Yoncalar yazarlarını, Qar Üstündə Yoncalar yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
"Gecənin qaranlığına boğulmuşdu insanlar. Qara gödəkçələr, yarım-yamalaq işıqlanmış simalar və ruhlara bərkidilmiş böyük yalanlar..."
Bəzən bir hərəkət yüz cümlədən daha təsirli olmağı bacarır.
Tahirə - Qar üstündə yoncalarKitabı okuyacak
Reklam
Bir divanda oturub boş-boş divara baxdığımız an beynimizdan etmək istədiyimiz şeyləri keçirərik. Birinə demək istədiyimiz sözləri öz-özümüzə deyərik, bəzi hissələrində hətta düzəlişlər belə edərik. Amma gedib həmin insana deməyə cəsarət göstərmərik və bəzən də "Sabah gedib deyərəm", deyə içimizdə yığıb saxladığımız cümlələri bu gündən, sabaha, sabahdan o biri günə və bu şəkildə sonsuzluğa sürükləyərik. Qucaqlamaq istədiyimiz insanları gözümüzün önündə gördüyümüz üçün "Onsuz da, burdadır, nəyə gərək bu qədər sevgi göstərişi", deyib, hisslərimizdən qaçırıq. Qaçırıq, elə sanırıq ki, bu gün yuxudan ayılıb, günəş işığına baxa biliriksə, bu hər zaman bu şəkildə davam edəcək. Təkrarlanacaq, hər gün günəş təkrar-təkrar bizim pəncərəmizin önündə doğacaq. Amma bilmirik ki, bir gün onun şüası ya bizim pəncərəmizi, ya da hisslərimizi boğub qaçdığımız insanların pəncərələrini isitməyəcək. Bir gün məğlub olduğumuzu dərk edəcəyik, amma o zaman gec olacağını da hər kəsdən yaxşı bilirik. Bildiyimiz halda qaçırıq. Kimdən? Kimdən olacaq özümüzdən, hisslərimizdən. Biz bu həyatda ən böyük pisliyi elə özümüzə edirik. Elə özümüz özümüzü məhv edirik. Hər şeyin zamanının gələcəyini gözləyirik, amma zaman bizi gözləmir. Bizim istəklərimizi, planlarımızı, duyğularımızı səliqəyə salmağımızı gözləmir. Zaman bizə zaman tanımır.
Sayfa 162 - Mücrü NəşriyyatKitabı okudu
Bəzən elə yaşayırıq ki, elə sanırıq hər şey bu şəkildə davam edəcək. Heç nə dəyişmədən, heç ölməyəcəkmiş kimi. Heç itirməyəcəkmiş kimi yaşayırıq bu həyatı. Bədbəxt olduğumuzu düşündüyümüz an, elə hiss edirik ki, bu yaşanmışlıqların ağrısı bir ömür keçsə belə, üzərimizdən silinməz. Biz yaşlanarıq, bu bədbəxtlik də bizimla birgə yaşlanar, amma keçməz, sonlanmaz deyə düşünürük. Xoşbəxt olduğumuzu hiss etdiyimiz an elə düşünürük ki, bu xoşbəxtliyi həyatımızdan bir əl ilə silib kənara atacaq heç bir şanssızlıq yaşamarıq. Bu xoşbəxtlik hissi sona qədər davam edər. Elə düşünərik ki, həyat bizə heç oyun oynamaz, həyat bütün yolları qarşımıza sərər, təki bu xoşbəxtlik hissi üzərimizdən getməsin deyə. Amma hər şey keçǝr, hər şey müvəqqəti bəxş edilər həyatımıza. Bu gün sevdiklərimiz sabah yox olar, "Onsuz yaşaya bilmərəm" dediyimiz insanlarsız həyatda dimdik durmağı öyrənərik. Həyat qəribədir, biz isə həyatdan da qəribəyik..
Sayfa 162 - Mücrü NəşriyyatKitabı okudu
Bəzən bir hərəkət yüz cümlədən daha təsirli olmağı bacarır.
Sayfa 141 - Mücrü NəşriyyatKitabı okudu
Hər kəs öz yanlışları ilə üzləşməlidir. Qaçmaq qorxaqlıqdı..
Sayfa 90 - Mücrü NəşriyyatKitabı okudu
Reklam
16 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.