Qar Üstündə Yoncalar

Tahirə Quliyeva

Sözler ve Alıntılar

Tümünü Gör
Hər kəs öz yanlışları ilə üzləşməlidir. Qaçmaq qorxaqlıqdı..
Sayfa 90 - Mücrü NəşriyyatKitabı okudu
Bəzən elə yaşayırıq ki, elə sanırıq hər şey bu şəkildə davam edəcək. Heç nə dəyişmədən, heç ölməyəcəkmiş kimi. Heç itirməyəcəkmiş kimi yaşayırıq bu həyatı. Bədbəxt olduğumuzu düşündüyümüz an, elə hiss edirik ki, bu yaşanmışlıqların ağrısı bir ömür keçsə belə, üzərimizdən silinməz. Biz yaşlanarıq, bu bədbəxtlik də bizimla birgə yaşlanar, amma keçməz, sonlanmaz deyə düşünürük. Xoşbəxt olduğumuzu hiss etdiyimiz an elə düşünürük ki, bu xoşbəxtliyi həyatımızdan bir əl ilə silib kənara atacaq heç bir şanssızlıq yaşamarıq. Bu xoşbəxtlik hissi sona qədər davam edər. Elə düşünərik ki, həyat bizə heç oyun oynamaz, həyat bütün yolları qarşımıza sərər, təki bu xoşbəxtlik hissi üzərimizdən getməsin deyə. Amma hər şey keçǝr, hər şey müvəqqəti bəxş edilər həyatımıza. Bu gün sevdiklərimiz sabah yox olar, "Onsuz yaşaya bilmərəm" dediyimiz insanlarsız həyatda dimdik durmağı öyrənərik. Həyat qəribədir, biz isə həyatdan da qəribəyik..
Sayfa 162 - Mücrü NəşriyyatKitabı okudu
Reklam
İnsanlar insanlara bağlı şəkildədir. Çünki cəmiyyətin bütün fərdləri tək-tək dünyaya gəlsə belə, hamısı bir toplum üzərində eyni adın altında yaşayırlar. "Cəmiyyət" adı altında. Hər kəs fərqli dünyalara sahib olsa belə, onlar tək dünyanın rəngli beyinli cəmiyyətinin üzvləridir.
Sayfa 82 - Mücrü NəşriyyatKitabı okudu
Məncə, hiss etmək bilməkdən daha üstündür. Uşaq vaxtı atam hər zaman mənə belə deyərdi: "Bəzən bildiklərinə yox, hiss etdiklərinə inan. Çünki ruh, beyindən daha üstündür. O səni heç vaxt yanıltmaz. Amma beyin səni hər zaman aldada bilər".
Bir az səbir və inam. Bilirsən, bunlar hər şeyin açarıdır. Nə bilim, bəzən insanın əlində heç nəyi olmasa belə, böyük inamı varsa, artıq yolu yarılayıb demək olar. İnanmaq lazımdır..
Sayfa 87 - Mücrü NəşriyyatKitabı okudu
Reklam
100 öğeden 11 ile 20 arasındakiler gösteriliyor.