Qəzəllər

Xaqani Əmini
Tahmini Okuma Süresi:
7 sa. 15 dk.
Sayfa Sayısı:
256
Basım Tarihi:
2016
İlk Yayın Tarihi:
2014
Yayınevi:
Bilik Nəşriyattı
Ülke:
Azerbaycan
Dil:
Azerbaycanca
Format:
E-kitap
Türler:

Yorumlar ve İncelemeler

Puan vermedi·256 syf.··
2024 7. kitabı
·
11 günde okudu
·
Okunma: 31 Ocak 2024 21:24
Hər vaxtınız xeyir 1k kitabsevərləri. Qəzəl dedikdə ağlıma ilk gələn "sinədəftər" sözü olur. Çünki qəzəllər qəzəlxanlar tərəfindən yazıldıqda qulağa xoş gəlir, göz oxşayır. Yazıçımız qəzəllərində incə məqamlara toxunub toxunmasına amma, hər gözəlin bir eybi, hər işin bir "əmması" olduğu kimi, eyni kəlimləri sətirlər arasında dolandırıb durub. Bu həm məharət tələb edir, həm də bir az oxuyanı yorur. Meyxanada buna "təkrar" deyilir. Təkrar etmədən, eyni kəlimələri seçmək yerinə sinonimlərinə müraciət etsəydi, daha oxunaqlı olardı. Hiss var, eşq var, o bir məsəl vare; "Elə bil nəisə çatmır." Söz bazası zəngin olmalıdır şairin. Yox, əstəğfirullah, kritik də deyiləm, söz üstadı da. Mən sadəcə olaraq şeirə vurğun ədəbiyyat aşiqiyəm. Məcnun, Leyli, Fərhad, gül, bülbül, əğyar, könül, eşq.... Sadalamağa davam etsəm, bir kitab da mən yazmalı olacağam. Bu minvalda davam edən sözlərin sətir aralarına sərpişdirilməsini kənara qoysaq, anlamı yüksək qəzəllər oxudum. Ays kitabdaşım olduğun üçün təşəkkür edirəm, əzizim. Xoş mütaliələriniz olsun.
qəzəl
QəzəllərXaqani Əmini · Bilik Nəşriyattı · 20164 okunma
Reklam

Yazar Hakkında

Xaqani ƏminiYazar · 0 kitap
Nəzərli Xaqani Fikrət oğlu (Xaqani Əmini) 1976-cı ildə Sumqayıt şəhərində anadan olmuşdur. 1993-cü ildə Sumqayıt şəhər 17 saylı orta məktəbi bitirmişdir. “Vahid” poeziya evinin üzvüdür. Qəzəlxan-şair Xaqani Əmininin “Sən gedən gündən...” adlı kitabı işıq üzü görmüş ilk kitabıdır.