Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Qəzəllər

Xaqani Əmini

Qəzəllər Sözleri ve Alıntıları

Qəzəllər sözleri ve alıntılarını, Qəzəllər kitap alıntılarını, Qəzəllər en etkileyici cümleleri ve paragragları 1000Kitap'ta bulabilirsiniz.
Sevgilim, hər gəlişin qəlbə diləklər gətirər, Dilinə eşqimizi odlu ürəklər gətirər. Bil ki, dünyadə qəmindən yıxılan aşiqini, Qaldırıb, məhşərə çiynində mələklər gətirər. Bir gözəlsən ki, mələklər də çəkir həsrətini, Nə verər mislini dünya, nə fələklər gətirər. Aşiqin dönsə də torpaqlara, səndən dönməz, Onu hər gün qapına gizli küləklər gətirər. Qəbrimin torpağı, Xaqani, dönər gülzarə, Gündə cənnətdən enib huri çiçəklər gətirər.
Sayfa 5
Ey gül, nə qədər eşqə giriftar deyilsən, Aşiqdə olan dərdə xəbərdar deyilsən. Qoydun yenə də vəslinə həsrət məni, getdin, Get-get, gözəlim, əhdə vəfadar deyilsən. Əl çək bu sitəmdən ki, nədir bunca cəfalər, Könlündə əgər aşiqə əğyar deyilsən. Çox da özünü gəl, qınayıb ağlama, könlüm, Bu ayrılığa sən ki, səbəbkar deyilsən. Çox hiss olunur indi ögeylik baxışından, Mən gördüyüm əvvəlki o dildar deyilsən. Mən yar bilib könlümü verdim sənə, ey gül, Axır nə bilim ki, mənə sən yar deyilsən. Bülbül kimi, Xaqani, nədir bir belə fəryad, Eşqində əgər öz gülünə xar deyilsən
Sayfa 8
Reklam
Doğruluqdan yazanın kaş, özü də bircə kərə, Bir dürüst addım atıb yol gedə misra qədəri..
Sayfa 19
Ey görən baqiliyi aləmə sultanlıqda, Səltənət mülkü fəna, dövləti beş günlük imiş. Əbədi dostluğu sən gözləmə bu dünyadən, Ömrü beş günlük olan ülfəti beş günlük imiş. Gəzmə, Xaqani, cəhan içrə həqiqi aşiq, Bülbülün öz gülünə həsrəti beş günlük imiş..
Sayfa 22
Etiket sərbəst:)
Harda tə’rif ola bir kəs, bilərəm ki, sənsən, Fikrimə, ey mələyim, başqa bir insan gəlməz.
Sayfa 7 - PdfKitabı okudu
Həsrətindən, sevgilim, könlüm necə qan olmasın? Hansı bülbüldür gülün eşqində nalan olmasın? Aləmi naləmlə dərdimdən xəbərdar etmədim, İstədim səndən gələn bir dərdə dərman olmasın. Ayrılıq dərdi ölümdən də betərdir aşiqə, Ey könül, heç bir zaman bəxtində hicran olmasın. Hər kimi sevdim vəfasız çıxdı bəxtimdən mənim, Bir də, ya rəb, eşqdə könlüm peşiman olmasın. Ayrılıq sanki əzəl gündən yazılmış bəxtimə, Bir gün olmaz ki, nəsibim ahü əfğan olmasın. Can verən aşiqlərə, Xaqani, canan eşqidir, Aşiqə məqsəd ki, canan olmadı, can olmasın !
Sayfa 6 - PdfKitabı okudu
Reklam
Eşqdən dərd yetər aşiqə, dərman gəlməz, Bunu bilsən, sənə eşq aləmi asan gəlməz. Bulud hərgah sənin eşqində tökər göz yaşı, Mən kimi ağlamamışdır, gözünə qan gəlməz
Sayfa 7
Eşq divanəsiyəm, etmə məzəmmət, zahid, Hərə bir cür dəlidir, hər şeyin öz sərsəmi var.
Sayfa 110 - PdfKitabı okudu
Güldürdün aləmi mənə divanələr kimi.
Saldın nəzərdən aşiqi biganələr kimi, Güldürdün aləmi mənə divanələr kimi. Doldur könül piyaləsinə mə’rifət meyin, Əks eyləsin cəmalını peymanələr kimi. Divanədir deyə səni zəncirə çəksələr, Zülfündən əl götürmə onun şanələr kimi. Sərgəştə, kimsəsiz görüb, ey dərdü qəm, sizi, Verdim könüldə yer sizə həmxanələr kimi. Ey dərdü qəm, nə dərdü qəm etmək zəmanıdır, Canımla bəslərəm sizi cananələr kimi. Düşdükcə məndən ayrı o şəm’ üzlü dilbərim, Yandım-yaxıldım atəşə pərvanələr kimi. Xaqani tük tək incəlib eşqində, ey pəri, Saldın el ağzına onu əfsanələr kimi.
Sayfa 43 - PdfKitabı okudu
Ey salan könlümü eşqində dəvasız dərdə, Səni aləmdə görüm dərdə düçar olmayasan.
Sayfa 38 - PdfKitabı okudu
72 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.