Gönderi

Ey gül, nə qədər eşqə giriftar deyilsən, Aşiqdə olan dərdə xəbərdar deyilsən. Qoydun yenə də vəslinə həsrət məni, getdin, Get-get, gözəlim, əhdə vəfadar deyilsən. Əl çək bu sitəmdən ki, nədir bunca cəfalər, Könlündə əgər aşiqə əğyar deyilsən. Çox da özünü gəl, qınayıb ağlama, könlüm, Bu ayrılığa sən ki, səbəbkar deyilsən. Çox hiss olunur indi ögeylik baxışından, Mən gördüyüm əvvəlki o dildar deyilsən. Mən yar bilib könlümü verdim sənə, ey gül, Axır nə bilim ki, mənə sən yar deyilsən. Bülbül kimi, Xaqani, nədir bir belə fəryad, Eşqində əgər öz gülünə xar deyilsən
Sayfa 8
·
118 görüntüleme
Ays okurunun profil resmi
Kitabsever
Kitabsever
Ahmet Kaya dinləyə-dinləyə qəzəl ancaq mən oxuya bilərəm🥲Bilirsəndə məcbur özümü ağlatmağa çalışıram😄
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.