Qəzəllər

Xaqani Əmini

En Eski Qəzəllər Sözleri ve Alıntıları

En Eski Qəzəllər sözleri ve alıntılarını, en eski Qəzəllər kitap alıntılarını, etkileyici sözleri 1000Kitap'ta bulabilirsiniz.
Sevgilim, hər gəlişin qəlbə diləklər gətirər, Dilinə eşqimizi odlu ürəklər gətirər. Bil ki, dünyadə qəmindən yıxılan aşiqini, Qaldırıb, məhşərə çiynində mələklər gətirər. Bir gözəlsən ki, mələklər də çəkir həsrətini, Nə verər mislini dünya, nə fələklər gətirər. Aşiqin dönsə də torpaqlara, səndən dönməz, Onu hər gün qapına gizli küləklər gətirər. Qəbrimin torpağı, Xaqani, dönər gülzarə, Gündə cənnətdən enib huri çiçəklər gətirər.
Sayfa 5
Həsrətindən, sevgilim, könlüm necə qan olmasın? Hansı bülbüldür gülün eşqində nalan olmasın? Aləmi naləmlə dərdimdən xəbərdar etmədim, İstədim səndən gələn bir dərdə dərman olmasın. Ayrılıq dərdi ölümdən də betərdir aşiqə, Ey könül, heç bir zaman bəxtində hicran olmasın. Hər kimi sevdim vəfasız çıxdı bəxtimdən mənim, Bir də, ya rəb, eşqdə könlüm peşiman olmasın. Ayrılıq sanki əzəl gündən yazılmış bəxtimə, Bir gün olmaz ki, nəsibim ahü əfğan olmasın. Can verən aşiqlərə, Xaqani, canan eşqidir, Aşiqə məqsəd ki, canan olmadı, can olmasın!
Sayfa 6
Reklam
Eşqdən dərd yetər aşiqə, dərman gəlməz, Bunu bilsən, sənə eşq aləmi asan gəlməz. Bulud hərgah sənin eşqində tökər göz yaşı, Mən kimi ağlamamışdır, gözünə qan gəlməz
Sayfa 7
Ey gül, nə qədər eşqə giriftar deyilsən, Aşiqdə olan dərdə xəbərdar deyilsən. Qoydun yenə də vəslinə həsrət məni, getdin, Get-get, gözəlim, əhdə vəfadar deyilsən. Əl çək bu sitəmdən ki, nədir bunca cəfalər, Könlündə əgər aşiqə əğyar deyilsən. Çox da özünü gəl, qınayıb ağlama, könlüm, Bu ayrılığa sən ki, səbəbkar deyilsən. Çox hiss olunur indi ögeylik baxışından, Mən gördüyüm əvvəlki o dildar deyilsən. Mən yar bilib könlümü verdim sənə, ey gül, Axır nə bilim ki, mənə sən yar deyilsən. Bülbül kimi, Xaqani, nədir bir belə fəryad, Eşqində əgər öz gülünə xar deyilsən
Sayfa 8
Sevgilim, hər gəlişin qəlbə diləklər gətirər, Dilinə eşqimizi odlu ürəklər gətirər. Bil ki, dünyadə qəmindən yıxılan aşiqini, Qaldırıb, məhşərə çiynində mələklər gətirər.
Sayfa 5 - PdfKitabı okudu
Həsrətindən, sevgilim, könlüm necə qan olmasın? Hansı bülbüldür gülün eşqində nalan olmasın? Aləmi naləmlə dərdimdən xəbərdar etmədim, İstədim səndən gələn bir dərdə dərman olmasın. Ayrılıq dərdi ölümdən də betərdir aşiqə, Ey könül, heç bir zaman bəxtində hicran olmasın. Hər kimi sevdim vəfasız çıxdı bəxtimdən mənim, Bir də, ya rəb, eşqdə könlüm peşiman olmasın. Ayrılıq sanki əzəl gündən yazılmış bəxtimə, Bir gün olmaz ki, nəsibim ahü əfğan olmasın. Can verən aşiqlərə, Xaqani, canan eşqidir, Aşiqə məqsəd ki, canan olmadı, can olmasın !
Sayfa 6 - PdfKitabı okudu
Reklam
Etiket sərbəst:)
Harda tə’rif ola bir kəs, bilərəm ki, sənsən, Fikrimə, ey mələyim, başqa bir insan gəlməz.
Sayfa 7 - PdfKitabı okudu
Çox hiss olunur indi ögeylik baxışından, Mən gördüyüm əvvəlki o dildar deyilsən.
Sayfa 8 - PdfKitabı okudu
Hicranın adında elə bir vahimə var ki, Nitqim tutulur, qorxudan “hicran” demək olmur.
Sayfa 9 - PdfKitabı okudu
Eşqdə bülbüldən artıq qəm çəkib səbr etmişəm, Qoy baxıb çəksin xəcalət çəkdiyi əfğan üçün. Ey könül, dərdin məhəbbət dərdidir, dərmanı yox, Dərdi-sər vermə təbibə dərdi-bidərman üçün. Eşqdirsə dərdin, ey Xaqani, dərman gözləmə, Yox ölümdən başqa çarə aşiqi-nalan üçün..
Sayfa 15
72 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.