1000Kitap Logosu
Relslər Üzərinə Uzanmış Adam
Relslər Üzərinə Uzanmış Adam
Relslər Üzərinə Uzanmış Adam

Relslər Üzərinə Uzanmış Adam

OKUYACAKLARIMA EKLE
9.5
192 Kişi
335
Okunma
220
Beğeni
2.161
Gösterim
424 sayfa · 
 Tahmini okuma süresi: 12 sa. 1 dk.
Adı
Relslər Üzərinə Uzanmış Adam
Basım
Azerice · Azerbaijan · Qədim Qala · Eylül 2020 · Karton kapak · 9789952807806
Relslər üzərində intihara qərar vermiş iki yad insanın kəsişən həyat yolları. Həyatın çətin dolanbaclarından çıxış yolu axtaran “həmrelslər” və kəlmə-kəlmə son dayanacağa doğru irəliləyən ömür, bəlkə, ölüm qatarı. “Nə üçün yaşayıram?” sualına cavab tapmağa çalışan qəhrəmanlar həyata tutunmağa bircə səbəb belə tapa bilmədikləri üçün ayaqları onları bu qatarın qar­şısına gətirib. Kanadada kəsişən relslər oxucunu qəhrəmanların keçmişinə aparır. Gö­zəl və inadkar serb qızı Adriana Balkan yarımadasında serblərə göstərilən təz­yiqlərlə bağlı məqalə yazmaq üçün Mostar şəhərinə gəlir. Mostarla bərabər meh­riban və alicənab bələdçisini də yaxından tanımağa başladıqca şovinist ba­xışları dəyişir. Boşnaklara nifrət ruhunda tərbiyə edilmiş Adriana özü də hiss etmədən bu “düşmən” millətin nümayəndəsinə əməlli-başlı aşiq olur. Sevgi, fədakarlıq, xəyanət, Srebrenitsa dəhşətlərinin fonunda insanın özünə doğru gedən yolda ağır mübarizəsini əks etdirən möhtəşəm bir həyat he­kayəsi. Bu mübarizə kimin qələbəsi ilə sonlanacaq? Əsər insanın həqiqi mahiyyətini açaraq düşdüyü çətin sınaqlar zamanı ortaya çıxan rəzilliklərini və yüksələ biləcəyi mənəvi zirvələri göstərir. Bir tə­rəf­də əsas qurbanları qadınlar və uşaqlar olan qorxunc savaş, digər tərəfdə isə həyatın ən ağır sınaqlarından qalib çıxan SEVGİ. Sevdikləri üçün canından keçmək asandır, lakin sevdikləri üçün yaşamağa – uzun illər boyunca hər gün ölüb-dirilərək yaşamağa yalnız həqiqi sev­gini dadanlar qadirdir.
Alizade
bir alıntı ekledi.
Qalxıb getmək istəyirsən, ancaq hara ? Qalmaq istəyirsən ,ancaq NİYƏ? Sevinməyin üçün hər şey vardır , ancaq qəmlənirsən.Hər şeyin var ,ancaq yenə də nəsə istəyirsən nəsə çatmır. Demək istəyirsən bilmirsən nəyi. Ürəyin doludur ,bilmirsən nə ilə. Bir çox şeyi etmək istəmirsən ,ancaq lazımdır. Qəlbin sevir ,ancaq bilmirsən KİMİ? Həqiqətdir , ancaq şəkk edirsən. Sanırsan ki xoşbəxtsən,bəs göz yaşların NİYƏ? Yaşayırsan , ancaq bilmirsən NƏ ÜÇÜN? Ətrafın adamla doludur ,darıxırsan yenə....
2
24
kitabsever
bir alıntı ekledi.
Qalxıb getmək istəyirsən, ancaq hara? Qalmaq istəyirsən, ancaq niyə? Sevinməyin üçün hər şey var, ancaq qəmlənirsən. Hər şeyin var, ancaq yenə də nəsə istəyirsən, nəsə çatışmır. Demək istəyirsən, bilmirsən nəyi. Ürəyin doludur bilmirsən nə ilə. Bir çox şeyi etmək istəmirsən, ancaq lazımdır. Qəlbin sevir, ancaq bilmirsən kimi. Həqiqətdir, ancaq şəkk edirsən. Sanırsan ki, xoşbəxtsən, bəs göz yaşları niyə? Yaşayırsan, ancaq bilmirsən nə üçün. Ətrafın adamla doludur, darıxırsan yenə.
1
16