1000Kitap Logosu
Relslər Üzərinə Uzanmış Adam
Relslər Üzərinə Uzanmış Adam
Relslər Üzərinə Uzanmış Adam

Relslər Üzərinə Uzanmış Adam

OKUYACAKLARIMA EKLE
9.5
192 Kişi
335
Okunma
220
Beğeni
2.154
Gösterim
424 sayfa · 
 Tahmini okuma süresi: 12 sa. 1 dk.
Adı
Relslər Üzərinə Uzanmış Adam
Basım
Azerice · Azerbaijan · Qədim Qala · Eylül 2020 · Karton kapak · 9789952807806
Relslər üzərində intihara qərar vermiş iki yad insanın kəsişən həyat yolları. Həyatın çətin dolanbaclarından çıxış yolu axtaran “həmrelslər” və kəlmə-kəlmə son dayanacağa doğru irəliləyən ömür, bəlkə, ölüm qatarı. “Nə üçün yaşayıram?” sualına cavab tapmağa çalışan qəhrəmanlar həyata tutunmağa bircə səbəb belə tapa bilmədikləri üçün ayaqları onları bu qatarın qar­şısına gətirib. Kanadada kəsişən relslər oxucunu qəhrəmanların keçmişinə aparır. Gö­zəl və inadkar serb qızı Adriana Balkan yarımadasında serblərə göstərilən təz­yiqlərlə bağlı məqalə yazmaq üçün Mostar şəhərinə gəlir. Mostarla bərabər meh­riban və alicənab bələdçisini də yaxından tanımağa başladıqca şovinist ba­xışları dəyişir. Boşnaklara nifrət ruhunda tərbiyə edilmiş Adriana özü də hiss etmədən bu “düşmən” millətin nümayəndəsinə əməlli-başlı aşiq olur. Sevgi, fədakarlıq, xəyanət, Srebrenitsa dəhşətlərinin fonunda insanın özünə doğru gedən yolda ağır mübarizəsini əks etdirən möhtəşəm bir həyat he­kayəsi. Bu mübarizə kimin qələbəsi ilə sonlanacaq? Əsər insanın həqiqi mahiyyətini açaraq düşdüyü çətin sınaqlar zamanı ortaya çıxan rəzilliklərini və yüksələ biləcəyi mənəvi zirvələri göstərir. Bir tə­rəf­də əsas qurbanları qadınlar və uşaqlar olan qorxunc savaş, digər tərəfdə isə həyatın ən ağır sınaqlarından qalib çıxan SEVGİ. Sevdikləri üçün canından keçmək asandır, lakin sevdikləri üçün yaşamağa – uzun illər boyunca hər gün ölüb-dirilərək yaşamağa yalnız həqiqi sev­gini dadanlar qadirdir.
9.5
10 üzerinden
192 Puan · 28 İnceleme
Vusala121
Relslər Üzərinə Uzanmış Adam'ı inceledi.
424 syf.
·
1 günde
·
Puan vermedi
Rövşən Abdullaoğlunun “Relslər üzərinə uzanmış adam” romanı ABŞ-ın “Readers Favorite” beynəlxalq ədəbi qurumunun təşkilatçılığı ilə keçirilən müsabiqədə qızıl medal qazanıb. Öncəliklə onu qeyd edim ki, kitab bir çox gənclərimizin müasir Azərbaycan ədəbiyyatında bəyənmədiyi "kütlə kitabları"ndan, bayağılıqdan uzaq, orijinal bir üslubdadır. Dramatik, psixoloji, romantik janrlardan istofadə edən yazıçı 400səhifəlik bir əsərdə 10-larla mövzuya toxunub. )Kitabda haqqında danışacaq, fikir bildirəcək o qədər çox mövzu və fakt var ki... Uzun müddətdir öz ədəbiyyatımızdan üz döndərən biri olaraq deyə bilərəm ki, məni həqiqətən düşündürən, fərqli mənəvi hislər yaşatdi bu kitab.tesekkur edirem Eyvaz Alieff ..... Kitabda sevmədiyim hissələr yazılış tərzi ilə əlaqədardı. Belə bir misal verim. Məsələn, yeni bölüm 3-cü şəxs tərəfindən anladılmağa başlayır, birdən bölümün ortasında 1-ci şəxsə keçir. Ya da abzas daxilində bəzən cümlə sonluqları indiki zamandan keçmiş zamana dəyişilirdi. "Gedir, yaxınlaşır, düşündü" ......)novbeti kitablarinizda gormuyum Abdullaoglu) ”Ulduzları yerə düşməyə qoymayan nədir? Həm yazıları, həm kitabı yazmaqçün çəkilən əziyyət göz qabağındadır; çünki araşdırmalar çoxdur kitabda; öyrədici, düşündürücü. Bir-birinə bağlanan iki həyat..Keçmişə dayanan hadisələr.. 1985-ci il, Kanada, Nyu-Brunsvik əyaləti, Sent Jon şəhəri..Dorian, Ted..Ailənin hüzur mənbəyi Abigeyl (ana)..zəif xarakterli bir ata. Bir itki, dağılan ailə..Yalnızca Dorian’a yox, atasına da “atalıq” etməyə çalışan Ted..Getdikcə pisləşən vəziyyət və..Sadəcə bir-birlərinə sahib olduqlarını bilən qardaşlar.. Bir gün relslər üzərində baş verən hadisə və budur..tamamilə məhvolmuş həyat.. İllər sonra qardaşlardan birini yenə bu relslərin üzərinə gətirən həyat və relslər üzərində qəyri-adi tanışlıq.Ted(Dorian)-Faruq tanışlığı.. Bosniyalı müsəlman gənc Əmin🙃(hər kəsin sevgisini, rəğbətini qazanmış). Sonrasında gələn gözəl hadisələr, sonrası..və daha sonrası sizi parçalara ayıracaq hadisələr..😞Təsirindən çıxılmayan, unuda bilmədiyiniz, bütün bunların haqsızlıq olduğunu düşündüyünüz, qəzəblə, kinlə oxuyacağınız hadisələr..Bosniyada olanları hamımız dəfələrlə eşitmişik, onunla bağlı neçə neçə kitabları görmüşük, oxumuşuq.(Leyla,Paramparça, və s.)Bunları oxumaq insanın tüklərini biz-biz edir, baş verənləri düşündükcə tükənir insan. Qadınların, qızların başlarına gətirilənlər..😑😞 dəhşətdir! İnsanlıqdan nifrət edir insan. Müharibələrdə həmişə ən çox əziyyət çəkənlər qadınlar olub😣,həmişə. Kitabı oxuyarkən göz yaşlarınızda boğulmağa hazır olun, ancaq mütləq oxuyun.Oxumasanız, çox şey itirərsiz inanın. Mərhəmət və sevgi kimi ülvi hislərə inandıqdan sonra bütünlüklə şərə qalib gələ bilərik. Kitablarla və sevgiylə qalın Bir daha tesekkur Eyvaz Alieff) İnsanlar həyatlarının nə zamansa bitəcəyindən qorxurlar. Halbuki onlar həyatlarının heç bir zaman başlamayacağından qorxmalıdırlar. Bir çoxları yaşamağa başlamamışlar. Başlamamış həyatın bitməsindən isə qorxmazlar." P.s.Yazıçının “Relslər üzərinə uzanmış adam” və “Bu şəhərdə kimsə yoxdur” romanları “Amazon” platformasında satışdadır. Müəllifin əsərləri bundan əvvəl də ABŞ-ın nüfuzlu ədəbi tənqid qurumları tərəfindən yüksək qiymətləndirilib.
Relslər Üzərinə Uzanmış Adam
OKUYACAKLARIMA EKLE
40
Deniz
Relslər Üzərinə Uzanmış Adam'ı inceledi.
424 syf.
·
28 günde
·
10/10 puan
Relslər üzərinə uzanmış adam... Deyəcək söz tapmıram. Tək kəlimə ilə Mükəmməll. Ted (Dorian) və Faruqun söhbətləri, Əmin və Adriananın, Cekob və Abigeylin sevgisi... Kitabın təsirindən çıxmaq heç də asan olmayacaqmış kimi görünür. Təkrar təkrar rəfdən alıb oxuyacağım, mənə hər dəfə oxuyanda mütləq bir şey qazandıracaq kitablardan. Tövsiyə edirəm. Oxumayanlar mütləq oxumalıdı. Bu kitabdan da qazanılacaq çox şey var.
Relslər Üzərinə Uzanmış Adam
OKUYACAKLARIMA EKLE
44
Nigar Osmanova
Relslər Üzərinə Uzanmış Adam'ı inceledi.
424 syf.
·
9/10 puan
Müharibənin dəhşətini kənardan baxaraq anlamaq qeyri-mümkündür. Onu yalnız müharibədə zülmə məruz qalan ən aşağı təbəqə anlaya bilər,  xüsusən də sən bir qadınsansa..💔 ____ Müharibəni varlılar başladar, məhv olansa kasıblar, yetimlər olar.. ____ Rövşən Abdullaoğlu'nun qələmə aldığı "Relslər üzərinə uzanmış adam" kitabı yazıçıdan oxuduğum üçüncü əsər oldu.. Bu əsər mənə o qədər təsir etdi ki, göz yaşlarına boğularaq oxudum.. Bəzi səhnələri bədənimdən titrətmə keçərək oxuyarkən, bəzilərini isə heç oxuya bilmirdim.. Düşünürəm ki, bu dəhşətli səhnələri oxuyarkən qəlbimiz dözmürsə, bu qədər əzaba o insanlar necə dözüb?? ____ Biz özümüzə ən xırda şeyləri belə dərd edərkən, Adriana və onun timsalında müharibədə əziyyət çəkmiş məzlum qadınlar bəs nə etsin?? Ən maraqlısı da bilirsiz nədir? Cəmiyyətimizdə, gözə belə görünməyən "xırda" şeylər üçün intihar edən insanlar var, görəsən onlar Adriana'nın yerində olsalardı, nə edərdilər?? Adriana bir dəfə xoş gün görməmiş, işgəncələrə məruz qalmış, namusu ləkələnmiş və həyatı boyu damğa ilə yaşayacaq alın ləkəsi qazanmışdır.. Ancaq yenə də yaşamaq üçün bir səbəb tapa bildi.. Ölümü,  öldürməyi seçmədi.. Hələ yoldaşı Emin'in fədakarlığı, rəftarı, necə də reallıqdan kənar görünür.. ____ Birdə əsər bizə başımıza hər nə gəlsə də, ümidimizi üzməyib həyata inamla baxmağımızı, daim Allaha sığınıb gözəl günlərin gələcəyinə ümid etməyimizi aşılayır. ____ Bosniya müharibəsi əslində "müharibə" kimi görünsə də, "bosniya soyqırımı" idi, üstünlük amansız, qəddar və faşist xorvatlarda idi.. İllər boyu bu iki dost milləti bir-birinə düşmən edən varlılar, görəsən əməllərinə görə heç utandı mı?? Məncə, yox.. Çünki utanmaq üçün ürək lazımdır, bu isə onlarda zərrə yoxdur... Rövşen Abdullaoğlu
Relslər Üzərinə Uzanmış Adam
OKUYACAKLARIMA EKLE
8
Kenan Gerayzade
Relslər Üzərinə Uzanmış Adam'ı inceledi.
424 syf.
·
12 günde
·
Beğendi
·
10/10 puan
Relslər üzərində uzanmış biz
Kitabın həvəsini bir damcı belə olsun azaltmayacaq qədər spoiler Kitabı bağladım və qoydum rəfə. Sanki bədənimdən minlərlə volt elektrik keçib... Həmişə şərq ədəbiyyatı, daha doğrusu, Avropa və Amerika ədəbiyyatından digərlərinə gözucu baxmışam. "Bir şərqlinin fikirləri necə bir qərblinin fikirlərini üstələyib insana təsir edə bilər?" Və nə təsadüfdür ki, oxuduğum kitablardan ən təsiredici ilk iki kitab iki şərqlinin əsəridir. İndi onlardan ən birincisi haqda danışmaq istərdim. Qəribə təsadüfdür. Və yaxud da, təsadüflər təsadüfi deyil. İsti yerimizdə intiharın asan olduğunu demək çox sadə görünür. "Nə var ki, bütün hakimiyyətini barmağına ver, o da son gülləni beyninə yeritsin." Kəndiri bağlamaq, gülləni yuvasına yerləşdirmək, uzaqdan dəmiryol stansiyasına baxmaq qədər bəsit şey yoxdur. Lakin kiçik stolu yerə yıxmaq, tətiyi çəkmək, və yaxudda relslərin soyuq dəmirlərində uzanmaq hər adama bəxş edilməmiş cəsarət tələb edir. Amma relslər fərqlidir. Barmağının tətiyə daha da bərk sıxılanda, ayağını bir addım qabağa atdıqda ölümün millisaniyələr sonra baş verəcəyini anlayırsan. Lakin relslərin soyuq dəmirləri belindəki damarları donduranda qatar sifətinə bürünmüş bədheybətin nə zaman gələcəyini bilmirsən. Əsər bizə yad görünən xatirələrlə başlayır. Beləlikə biz iki uşağın xatirələrini oxuduqdan sonra əsər birdən kəsilir və zamanla irəliyə gedirik. Rövşən Abdullaoğlunun heç kimdə olmayan bu yazı stilinə heyranam.Naməlum görünən qısa həyat hadisələri bir yerdə elə düyümlənir ki, sadəcə kitabı ağzıaçıq seyr edirsən. İki bir-birinə yad insanın relsləri ilə birlikdə həyatları da kəsişir. "Relslər - həyatdır. Biz də bu relslərin üzərində uzanıb qatarımızı gözləyirik." Müharibələr hər birimizin gözünə yalnız silahları gətirir. İki tərəf var və bu iki tərəf bir-birilərinə güllə yağdırırlar. Lakin müharibə bu deyil. Müharibə bir ailənin faciəsidir, milyonlarla insanın ölümüdür. İnsanı həyata bağlayan kəndiri kəsən mişar, övladları valideynlərindən ayıran səddir müharibə. Opera izlərkən hər birimiz baş qəhrəmanın əsilliyini izləyirik, lakin heç səsi çıxmayan, arxada dəhşətdən yerə yıxılaraq orada qalan ikinci adam heç kimin vecinə olmur. "Əsas məsələ, sehrbazın sağ əlində tutduğu dovşandan çox, sol əlində nə etdiyinə fikir verməkdir." - Abaddon da heç birimizdən yan keçməyib. Müharibə - baş qəhrəmanın cəsarəti ilə düşmənlərinə necə qalib gəldiyi yox, arxa planda qalmış, heç kimin fikir vermədiyi ikinci adamın faciəsidir. Və biz kitabın əsas məğzi - müharibənin dəhşətli eskizlərini oxuyuruq. İnsanı heyvanlardan ayıran ən ali ülvi hisslərinin müharibədə bir qatar kimi necə əzildiyini, öz relslərinə necə yapışdığını hiss edirik. Və o möhtəşəm dramlardan sonra əsərin son 60 səhifəsində psixologiyamız bir yox, bir neçə dəfə relslər altında şok keçirdir. Ən təsir edən isə Vaqanın bumeranq effekti oldu. Heyif, Vaqa, sən ki düz deyirdin: "İnsan psixologiyası nələrə qadirdir!" Çap etmək istədiyin yarımçıq qalmış dəftərçənə ürəkdən inanıram ki, öz son təcrübəni də əlavə etmək istərdin. Lakin çox təəssüf, heç kim qatarının nə vaxt gələcəyini bilmir... "Relslər üzərində uzanmış adam" kimi bir şedevri, Rövşən Abdullaoğlu kimi bir dahini bu qədər tez tanıdığıma görə sevinirəm. Və belə bir əsərin bu qədər tez bitməsinə bir o qədər də təəssüflənirəm.
Relslər Üzərinə Uzanmış Adam
OKUYACAKLARIMA EKLE
7
Rashid
Relslər Üzərinə Uzanmış Adam'ı inceledi.
424 syf.
·
Beğendi
·
Puan vermedi
Relslər Üzərinə Uzanmış Adam
Bu gün bitirdim. İlk öncə onu deyim ki bizim yazıçılardan bu qədər dərinlik gözləmirdim, möhtəşəm! İnsanın yaşacağı çarəsizlik, edə biləcəyin nəyinsə olmaması və əlini qolunu bağlayan uzaqlıq, dəli ola biləcək qədər çarəsizlik hətta bəlkə də yaşayanlar bunu asanlıqla anlaya bilər içi mən daxil, amma yazıçının bunu bu qədər möhtəşəm təsvir etməsi inanılmazdı. Şərayitin insanı yaratdığı əngəllər və özündən asılı olmadan yaşadıqları və layiq olmadan həyat tərəfindən göndərilən cəzalar ən əsası isə SEÇİM. Spoiler vermək istəmirəm guys, oxumağa dəyər
Relslər Üzərinə Uzanmış Adam
OKUYACAKLARIMA EKLE
6
Əliəkbər Əliyev
Relslər Üzərinə Uzanmış Adam'ı inceledi.
424 syf.
·
Beğendi
·
9/10 puan
Relslər üstə uzanmış adam - R. Abdullaoğlu "Ahh", dərin bir nəfər alaraq, başlamaq istəyirəm. Bu günə qədər oxuduğum heç bir kitab bu qədər maraqlı, güldürücü, ağladıcı, həyəcanlandırıcı, təssüfləndirici və motivasiyə verici olmamışdı. Kitab intihar qərarına düşmüş, iki gəncin təsadüfən qarşılaşıb, həyatlarını müzakirə edib, nəhayət intihar qərarından ayrılması ilə bitir. Kitab haqda belə bir cümlədə yaza bilərdim: "Sevginin nə dəyərini nə qədər gözəl izah edir". Xeyr! Sevginin dəyərini izah etmir! "Həqiqi sevginin nə qədər dəyərli olduğunu bizə çatıdırır". Bəli həqiqi sevgi, elə bir sevgi ki, hər cür düşmənə, təhlükəyə, xəstəliyə və ən əsasıda qorxuya qalib gəlir. Nə yaxşı ki,bu kitabı oxudum. Bu kitab tam bir şedever, Rövşən Abdullaoğluda həqiqi bir dühadı. Kitabın təsirindən, neçə il ayrıla bilməyəcəm... Təkidlə kitabı almağı sizə tövsiyyə edirəm. Heç vaxt peşman olmayacaqsız. Əsərə verdiyim bal: 93 - (100 ballıq şkalada)
Relslər Üzərinə Uzanmış Adam
OKUYACAKLARIMA EKLE
7