Relslər Üzərinə Uzanmış Adam

Rövşen Abdullaoğlu

En Yeni Relslər Üzərinə Uzanmış Adam Yorumları ve İncelemeleri

En Yeni Relslər Üzərinə Uzanmış Adam sözleri ve alıntılarını, en yeni Relslər Üzərinə Uzanmış Adam kitap alıntılarını, etkileyici sözleri 1000Kitap'ta bulabilirsiniz.

Puan

9.210 üzerinden
475 Kişi · 73 İnceleme
424 syf.
10/10 puan verdi
·
Beğendi
Tam da psixoloji əsərlər sevənlərin oxumaq istəyəcəyi bir kitabdır. Relslər üzərində uzanan iki insanın həyatı... İntihar etmək üçün əsaslı səbəbləri olsa da, etməmək üçün də əsaslı səbəbləri var idi.Həyatın dəyərini çox yaxşı anlayan,buna rəğmən intihara cəhd edən insanlar... Bir sözlə,kitabın yazarı Rövşən Abdullaoğlu hər kitabında olduğu kimi,bu kitabda da hər şeyi düşündürücü və mükəmməl təsvir edib.
Rövşen Abdullaoğlu
Rövşen Abdullaoğlu
Relslər Üzərinə Uzanmış Adam
Relslər Üzərinə Uzanmış Adam
Relslər Üzərinə Uzanmış Adam
Relslər Üzərinə Uzanmış AdamRövşen Abdullaoğlu · Qədim Qala · 20201,075 okunma
·
Puan vermedi
9/10
Azərbaycan yazıçılarının əsərlərini elə də bəyənəcəyimi düşünməzdim. Bu hissədə qınaya bilərsiz, ən azından artıq elə deyil. Öz üslubu olan və çox da xoşuma gələn bir yazıçı artıq tanıyıram. Digər əsərlərini də mütləq oxuyacağam. Kitabın dili rahatdır, asanlıqla oxumaq mümkündür. Kitabı oxuyarkən 2 hekayəyə rast gəlirsiniz. Hekayələrin bir-biri ilə necə əlaqənəcəyi maraqlıdır. Bundan əlavə, kitablar və yazıçılar haqqında mübahisəni oxumaq çox xoşuma gəlmişdi. Yazıçıların həyatı haqqında araşdırmaq istəyirəm, oxuyanda "belə insanlarmış?" deyə bir reaksiya verdim. Bu haqqda məlumatsız qalmaq istəmərəm... Spoiler verməmək üçün geniş məlumat verə bilmərəm. Əsər 2 gəncin relslər üzərində uzanıb ölümü gözləyərək başlayır. Ölüm hökmünü verən qatarı gözləyənə qədər söhbət edirlər. Bu iki gəncin həyat hekayələri relslərlə başlayıb və o şəkildə bitirmək istəyirlər...Əmin haqqında danışmasam olmaz. Ən sevdiyim obraz oldu, sevgisinə sahib çıxması, daim sevdiklərinin yanında olması, cəsarəti və saymadığım digər xüsusiyyətlər. Əmin kimi birisini tanımaq istəyərdim doğrusu. Yazıçının əsərində fəlsəfə, din, psixologiya, tarix, mədəniyyət və.s mövzularda dəqiq məlumat verməsi əsəri daha yaxşı edirdi. Ölüm, həyat, müharibə, çarəsizlik kimi mövzuları həssaslıqla oxucuya çatdırıb. Müharibədə əziyyət çəkən ailənin, xüsusən də qadın və uşaqların çəkdiyi əzablar insana təsir edir. Adriananın həyatı tam olaraq nümunədir...
Relslər Üzərinə Uzanmış Adam
Relslər Üzərinə Uzanmış AdamRövşen Abdullaoğlu · Qədim Qala · 20201,075 okunma
Reklam
424 syf.
8/10 puan verdi
·
14 günde okudu
Kitab çıxandan bəri haqqında bir-birinə zidd fikirlər duyurdum, Facebook qruplarında hətta çox insan görürdüm, deyirdilər ki, əsər "klişe" fikirlərdən ibarətdir, başqa kitablardan oğurlanıb və s. O zaman sizə bir sual verim: motivasiya tipli kitablar niyə kifayət qədər oxunur? Yəni insanı maksimum nə qədər, hansı üsullarla motivasiya etmək olar ki?) Və ya bir fikir çox insan tərəfindən, əxlaqi meyarlara uyğun olaraq düz hesab edilirsə, yazıçı fərqli yazmaqçün onu səhvmi göstərməlidi? Qısası deməyim odu ki, insan hissləri, niyə intihar doğru seçim deyil, müharibə, sevgi, yarım qalmış arzular, din və s. "klişe" mövzulardısa o zaman gərək kitabların yarısını ayırıb tullasınlar. Bu mövhumlar əksər kitablarda yer alır, əsas məsələ bunların insana necə çatdırıldığıdır, insanda hansı duyğular yaratdığıdır, nə qədər dərindən təsir etdiyidir. Yerli yazıçımız da, məncə, kifayət qədər geniş fantaziyası ilə bunu bacarıb, indiyə qədər oxşarını görmədiyim bir iş ortaya çıxarıb. Ən sevdiyim hissə kitablar haqqında obrazımızın dediyi fikirlərin yer aldığı bölümlər idi. Kitabdan həmçinin kifayət qədər yeni məlumatlar öyrənmək mümkündür, yazıçı Bosniya və Herseqovinanı elə təsvir edib ki, getməyim gəldi lap. Bir az bəyənmədiyim, bəzən təkrar mövzulara toxunulurdu kitabda, bir də bu janrın oxuyucusu deyiləm.
Relslər Üzərinə Uzanmış Adam
Relslər Üzərinə Uzanmış AdamRövşen Abdullaoğlu · Qədim Qala · 20201,075 okunma
424 syf.
9/10 puan verdi
·
Beğendi
·
8 günde okudu
Reslər üzərində birləşən iki insanın hekayəsi… Kitab moderin dünyamızın qarmaqarışlığı və insanın daxili aləmindəki münaqişələrdən bəhs edir. İnsan təbiəti, mənsubiyət axtarışı, keçmişlə üz-üzə gəlmək, ölüm, həyat, azadlıq kimi mövzular həqiqətən çox incə şəkildə düşünülüb və vurğulanıb Adriana,Əmin (mənim ən sevdiyim obraz oldu), Ted və Faruq bütün bu personajlar, onların həyat hekayələri, bir biriləri ilə olan münasibətlər insanı emosianal bir burulğana çəkir. Xüsusilə müharibələrdən bəhs edən hisəsində keçirmədiyim hiss qalmadı. Sözün əsl mənasında insan özünü real şəkildə orada hiss edir. O insanların çəkdiyi acıları, nifrəti elə qəlbində hiss edir. Mənə görə kitabın ən güclü tərəfi orda istifadə olunan lətifələr, münasibətlər, dialoqların dərin fəlsəfi anlayışlarla qarışdırlması idi. Əlavə olaraq yazıçının istifadə etdiyi dil sadə və çoxxx təsir edici idi: bəzən lirik bəzən kəskin və diqqət çəkən üslubdan istifadə edir Yəni bir sözləə çox gözəl bir roman idi. Dərin məzmunlu, fəlsəfi temalı əsərlər oxumağı sevənlərə şiddətlə tövsiyyə edirəm. :) Xoşş oxumalar.
Relslər Üzərinə Uzanmış Adam
Relslər Üzərinə Uzanmış AdamRövşen Abdullaoğlu · Qədim Qala · 20201,075 okunma
424 syf.
10/10 puan verdi
Rövşən Abdullaoğlu - Relslər üzərinə uzanmış adam
Rövşən Abdullaoğlunun artıq 2- ci əsərini oxumuş oldum. Hər ikisində də müəllif yazdığı cümlələrlə o qədər ürəyimə toxundu ki , əminəm ki bu tək məndə belə olmayıb çox təsirlənmisdim. Bu kitabda isə mən bir dahа bütün dövrlərdə Qadın olmanın bu ağır həyatda ən böyük çətinlik olduğunu dərk etdim... Kitabda ki obrazlardan danışsam isə Əmin çoox mükəmməl xarakter idi. Adriananı bu həyatda yalnız sənin həqiqi sevgin yaşada bilrədi və yaşatdıda. Dorian və Faruq intihar fikiri ilə relslər üzerine uzanması ama öz həyat hekayələri danışdıqca bir birinə destek olmaları həyatın yaşamagin nə qədər önəmli olması bunun üçünsə sevgi vacibliyi. Daha sonra Dorian Atası ilə dialoqu bir birilərinə sarılması təsir elədi . Kitab oxumağa dəyər əgər qiymət veresi olacamsa 10/10 kitabdır .
Relslər Üzərinə Uzanmış Adam
Relslər Üzərinə Uzanmış AdamRövşen Abdullaoğlu · Qədim Qala · 20201,075 okunma
Reklam
69 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.