Rübailər Sözleri ve Alıntıları

Rübailər sözleri ve alıntılarını, Rübailər kitap alıntılarını, Rübailər en etkileyici cümleleri ve paragragları 1000Kitap'ta bulabilirsiniz.
Dersən: iki yaqut dodağım şəkkər, bal, Bir busə dilərsən, canını göndər al. Can tapsam əgər, allam onu yüz borca, Bir busəyə verrəm iki yüz can dərhal.
Sayfa 48 - Lider Nəşriyyat. Bakı-2004Kitabı okudu
Yollardaki tozlar kimi tapdansan da, Yellər kimi hey qaçmağa qatlansan da, Zinhar, əgər versə sənə abi-həyat, Alçaqlar əlindən su alma, yansan da.
Sayfa 67 - Lider Nəşriyyat. Bakı-2004Kitabı okudu
Reklam
Dərdin o buluddur ki, tökər gözdən qan, Dərdin o zəhərdir ki, ona yox dərman. Hər ləhzədə min qəlbi yıxar dərd ilə Dərdin nə ürək qoyar, nə də sağlam can. (Derdin o buluttur ki, döker gözden kan, Derdin o zehirdir ki, ona yok derman. Her lahzada bin kalbi yıkar dert ile Derdin ne yürek kor, ne de sağlam can.)
Sayfa 54 - Lider Nəşriyyat. Bakı-2004Kitabı okudu
Bir cismimə bax: içində qəlbim viran! Bir canıma bax: düşübdür oddan tufan! Bir bax gözümə, bir gül üzün eşqindən Yaşlar süzülür hər zaman ümman-ümman.
Sayfa 45 - Lider Nəşriyyat. Bakı-2004Kitabı okudu
Sordun ki, nə etmişəm sənə, aç söylə, Artıq nə deyim, neyləmədin sən mənlə.
Sayfa 54 - Lider Nəşriyyat. Bakı-2004Kitabı okudu
Əvvəl sənə öz qəbimi göstərməzdən, Asudə idim eşqə könül verməzdən.
Sayfa 58 - Lider Nəşriyyat. Bakı-2004Kitabı okudu
Geri14
47 öğeden 41 ile 47 arasındakiler gösteriliyor.