Sağlığında Qiymət Verin İnsanlara

Cabir Novruz

Sağlığında Qiymət Verin İnsanlara Gönderileri

Sağlığında Qiymət Verin İnsanlara kitaplarını, Sağlığında Qiymət Verin İnsanlara sözleri ve alıntılarını, Sağlığında Qiymət Verin İnsanlara yazarlarını, Sağlığında Qiymət Verin İnsanlara yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
bu millət...
Nə gündəydi, indi qalıb nə günə, Gözdən düşüb gözdə olan – bu millət. Yas günündə toy eləyir özünə, Toy günündə yasda olur – bu millət... Vətən yanır heç pozmayır keyfini, Xidmət edir öz nəfsinə, cibinə, Düşüb zülmət bir quyunun dibinə, Zaman-zaman üzdə olan – bu millət... Başlanıbdır soyqırımı, ölümü, Nə biləsən bəlkə məhşər günüdür, Neçə yerə parçalanıb, bölünüb, Neçə-neçə dəstə olub – bu millət...
Sayfa 201Kitabı okudu
Canımm oğlum..
Yaşamaq çətindir, unutmaq asan, Nə qədər canım var, nə qədər sağam... Ölü diriltməyi bacarmasam da, Mən səni ölməyə qoymayacağam, Xatirə olmağa qoymayacağam...
Sayfa 188Kitabı okudu
Reklam
Yalan ilə ömr etməyə nə var ki, Həqiqətlə ömr eləmək çətindir.
Sayfa 129Kitabı okudu
İnana bilmirəm, gün gələcək ki, Mən də bu dünyada olmayacağam.
Reklam
Sağlığında qiymət verin insanlara...
Bir arzum var, ay adamlar, qoyun deyim, Sağlığında qiymət verin insanlara, Yaxşılara sağlığında yaxşı deyin, Sağlığında yaman deyin yamanlara. Yalnız, yalnız sağ olanda, Hər kəs əsil qiymətini bilər onda; Bu sözlərim düz olmasa töhmət edin. Sizdən rica eləyirəm milyon kərə, Şairlərə sağlığında hörmət edin, Sağlığında heykəl qoyun
İnsan müəmmadır, sirrdir, İnsanı tanımaq olmur..
Zaman-zaman dost dediyin, Tonlarla çörək yediyin, Elə dəyişir ki, birdən, Ayağın üzülür yerdən... Dönür düşmənə, yağıya, Qazır sənin ayağını... Görürsən yadla əlbirdir, Ha tanı, tanımaq olmur... İnsan müəmmadır, sirrdir, İnsanı tanımaq olmur, Ən uzaq dünya insandır, Ümman da insandan dayaz... Ən dərin dərə insandır, O dərinə girmək olmaz...
Şeytanı tanımaq olur, İnsanı tanımaq olmur, İlanı tanımaq olur, İnsanı tanımaq olmur...
Həyat əzəldən bəri Onu duyan kəslərin. Bu dünya igidlərin, Bu dünya dönməzlərin... Həyat əzəldən bəri Vüsal gözləyənlərin, Bu dünya sevənlərin, Onu istəyənlərin...
46 öğeden 11 ile 20 arasındakiler gösteriliyor.