Sağlığında Qiymət Verin İnsanlara Sözleri ve Alıntıları
Sağlığında Qiymət Verin İnsanlara sözleri ve alıntılarını, Sağlığında Qiymət Verin İnsanlara kitap alıntılarını, Sağlığında Qiymət Verin İnsanlara en etkileyici cümleleri ve paragragları 1000Kitap'ta bulabilirsiniz.
Vaxt keçəcək, dövr edəcək,
Qan-qadalı hərb bitəcək,
Yağıları qovacağıq bu torpaqdan.
Mütləq geri alınacaq
Şuşa, Ağdam,
Geri alacağıq
Kəlbəcəri,
Laçını da,
Cabir Novruz məhəbbət mövzusunda olan bütün şeirlərini həyat yoldaşı Səfurə xanıma həsr edib. Yaşca özündən xeyli kiçik, özündən çox-çox gənc olan Səfurə xanıma. Lakin bu şeiri qələmə alarkən o hardan bileydi ki, ömür-gün yoldaşı bu dünyanı çox tez tərk edəcək..
Sən elə bir vaxtda rast gəldin mənə,
Qurumuş bulağam,bulanmış suyam.
Sən elə bir
Ta analar, dünyaya ayaq basmaq
Mümkün deyil,
Ta analar, doğuluşu
Dayandırın...
Alimlərə ağlayıram
Nə qədər gör,
Onlar raket miras qoyub
Cahan üçün...
Vəhşidən də gərək vəhşi
Olasan ki,
İnsan ölüm kəşf eləyə
İnsan üçün...
Heç kişi də ağlayarmı,
Amma ki, mən,
Yekə kişi ola-ola
Ağlayıram...
Bir arzum var,
ay adamlar, qoyun deyim,
Sağlığında qiymət verin insanlara,
Yaxşılara sağlığında yaxşı deyin,
Sağlığında yaman deyin yamanlara.
Yalnız, yalnız sağ olanda,
Hər kəs əsil qiymətini bilər onda;
Bu sözlərim düz olmasa töhmət edin.
Sizdən rica eləyirəm milyon kərə,
Şairlərə sağlığında hörmət edin,
Sağlığında heykəl qoyun
Sən gizli gəlmisən ömrümə, inan,
Bu gizli eşq ilə yaşayacağam.
Dünyanın ən böyük yükü sayılan
Gecikmiş məhəbbət daşıyacağam.
Sən mənim ömrümdə açan çiçəksən,
Onu ürəyimdə bəsləyəcəyəm.
Sən məni heç zaman görməyəcəksən,
Sağlığında heykəl qoyun ölməzlərə...
Gələcəyə çox da ümid bağlamayın,
Sözünüzü sonralara saxlamayın.
Ölən kimi yamanlar da yaxşılaşır,
Yadlar belə əziz olur ölən kimi.
Bu gecikmiş xeyir-dua kimə gərək?
Bundan məzar böyüyəcək,
Ya ölənmi diriləcək?
Diri üçün iynə boyda hörməti mən
Ölü üçün min heykələ dəyişmərəm...
Üz tuturam uşaqlara,
Qocalara, cavanlara;
Sağlığında qiymət verin insanlara.