Sağlığında Qiymət Verin İnsanlara

Cabir Novruz

Sağlığında Qiymət Verin İnsanlara Sözleri ve Alıntıları

Sağlığında Qiymət Verin İnsanlara sözleri ve alıntılarını, Sağlığında Qiymət Verin İnsanlara kitap alıntılarını, Sağlığında Qiymət Verin İnsanlara en etkileyici cümleleri ve paragragları 1000Kitap'ta bulabilirsiniz.
MƏNİM NƏYİM ÇATIŞMAYIR...
Həyat təkcə ev deyildir. Həyat təkcə çörək deyil, Həyat təkcə yemək deyil, Həyat təkcə keyf deyildir. Həyat təkcə oğul-uşaq Olsa idi nə vardı ki: Onda aləm başdan-başa, Razılarla, xoşbəxtlərlə dolardı ki?! Söyləyimmi daha nəyim çatışmayır?! Süfrəmizdə duz-çörəyim çatışsa da, Bəzən olur ürəyimdə, Söz çörəyim çatışmayır...
Həyat əzəldən bəri Onu duyan kəslərin. Bu dünya igidlərin, Bu dünya dönməzlərin... Həyat əzəldən bəri Vüsal gözləyənlərin, Bu dünya sevənlərin, Onu istəyənlərin...
Reklam
Sağlığında heykəl qoyun ölməzlərə... Gələcəyə çox da ümid bağlamayın, Sözünüzü sonralara saxlamayın. Ölən kimi yamanlar da yaxşılaşır, Yadlar belə əziz olur ölən kimi. Bu gecikmiş xeyir-dua kimə gərək? Bundan məzar böyüyəcək, Ya ölənmi diriləcək? Diri üçün iynə boyda hörməti mən Ölü üçün min heykələ dəyişmərəm... Üz tuturam uşaqlara, Qocalara, cavanlara; Sağlığında qiymət verin insanlara.
bu millət...
Nə gündəydi, indi qalıb nə günə, Gözdən düşüb gözdə olan – bu millət. Yas günündə toy eləyir özünə, Toy günündə yasda olur – bu millət... Vətən yanır heç pozmayır keyfini, Xidmət edir öz nəfsinə, cibinə, Düşüb zülmət bir quyunun dibinə, Zaman-zaman üzdə olan – bu millət... Başlanıbdır soyqırımı, ölümü, Nə biləsən bəlkə məhşər günüdür, Neçə yerə parçalanıb, bölünüb, Neçə-neçə dəstə olub – bu millət...
Sayfa 201Kitabı okudu
Nə qədər ki, sevən vardır yer üzündə insanlar da, o qədərdir... Hesablama mərkəzləri, siz onları hesablayın, Məhəbbətin atəşinə yananları hesablayın, Siz onların adlarını elan edin, Siz onların miqdarını elan edin, Sanma, pulla özlərini donduranlar, Biz yuxuya cuman kəslər diriləcək... Dirilsə də gözlərini sevgi ilə Yuman kəslər diriləcək... Kim sevirsə ən müasir insan odur, Mənim üçün məslək odur, vicdan odur, Kim sevirsə, mən onunla dost-sirdaşam, Kim sevirsə, mən onunla məsləkdaşam... Mən onların cərgəsində dayanıram, Ən birinci məhəbbətə inanıram, Ən birinci sevənlərə inanıram...
Sayfa 381Kitabı okudu
Vətən dərdi qabağında Əfsanədir yemək dərdi, gödən dərdi...
Reklam
45 öğeden 11 ile 20 arasındakiler gösteriliyor.