Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Sağlığında Qiymət Verin İnsanlara

Cabir Novruz

Sağlığında Qiymət Verin İnsanlara Gönderileri

Sağlığında Qiymət Verin İnsanlara kitaplarını, Sağlığında Qiymət Verin İnsanlara sözleri ve alıntılarını, Sağlığında Qiymət Verin İnsanlara yazarlarını, Sağlığında Qiymət Verin İnsanlara yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
İnsanı tanımaq olmur)))
Saysız yaranıb canlılar, İnsandan qəlizi yoxdur. Baxırsan ki, sifəti var, Sifətində üzü yoxdur...)
AYRILIQ OLMAYAYDI...(
Yavaş-yavaş gecə keçər, gecə keçər, yar, Heç bilmirəm necə keçər necə keçər, yar, Durub səni düşündükcə düşündükcə, yar Qoşun çəkər xatirələr xatirələr, yar, Şirin günlər, şirin çağlar Bir-bir gəlib düşər yada... Ürək deyər, ayrılığın Üzü dönsün bu dünyada!
Sayfa 28
Reklam
Nə qədər ki, sevən vardır yer üzündə insanlar da, o qədərdir... Hesablama mərkəzləri, siz onları hesablayın, Məhəbbətin atəşinə yananları hesablayın, Siz onların adlarını elan edin, Siz onların miqdarını elan edin, Sanma, pulla özlərini donduranlar, Biz yuxuya cuman kəslər diriləcək... Dirilsə də gözlərini sevgi ilə Yuman kəslər diriləcək... Kim sevirsə ən müasir insan odur, Mənim üçün məslək odur, vicdan odur, Kim sevirsə, mən onunla dost-sirdaşam, Kim sevirsə, mən onunla məsləkdaşam... Mən onların cərgəsində dayanıram, Ən birinci məhəbbətə inanıram, Ən birinci sevənlərə inanıram...
Sayfa 381Kitabı okudu
Hər günü adınla başlayacağam, Hər günü adınla bitirəcəyəm.
Sayfa 338Kitabı okudu
Səni röyalarda oxşayacağam, Səni xəyallarda itirəcəyəm...
Sən gizli gəlmisən ömrümə, inan, Bu gizli eşq ilə yaşayacağam. Dünyanın ən böyük yükü sayılan Gecikmiş məhəbbət daşıyacağam. Sən mənim ömrümdə açan çiçəksən, Onu ürəyimdə bəsləyəcəyəm. Sən məni heç zaman görməyəcəksən,
Sayfa 338Kitabı okudu
Reklam
HARDASAN ƏVVƏLKİ İNAMIM...
Hardasan, əvvəlki inamım yenə. Gəl, yenə başımın üstündə dayan. Qayıt, o əvvəlki gümanım yenə, O əvvəlki ümid gözlərimdə yan.
Sayfa 326Kitabı okudu
Dünya tamaşadır, belə deyiblər. Sənsiz o tamaşa, bitdi heyiflər. Qaldı sənlə keçən ömrüm seyfdə, Dumanlı bacadır, dünya bilmirəm.
Sayfa 304Kitabı okudu
Sən elə bir vaxtda rast gəldin mənə, Təzədən dünyaya gəlmək istədim...
Sayfa 264Kitabı okudu
Sən elə bir vaxtda rast gəldin mənə...
Sən elə bir vaxtda rast gəldin mənə, Ömrün payız fəsli, xəzəl çağıydı... Sən elə bir vaxtda rast gəldin mənə, Sənin gəncliyinin gözəl çağıydı... Nə deyə bildim ki, tutmaz sevdamız, Nə deyə bildim ki, tutar bizimki... Bizimdir səmada axan o ulduz, O uzaqda itən qatar bizimdi... Sən elə bir vaxtda rast gəldin mənə, Dayanıb durmuşdum yol ayrıcında... Sən elə bir vaxtda rast gəldin mənə, Bir üzüm cavandı, bir üzüm qoca... Nə deyə bildim ki, sevən çağımdı, Nə dedim sevirəm mənə dayaq ol... Nə deyə bildim ki, mənə yaxın dur, Nə deyə bildim ki, məndən uzaq ol...
Sayfa 263Kitabı okudu
46 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.