Sağlığında Qiymət Verin İnsanlara

Cabir Novruz

En Eski Sağlığında Qiymət Verin İnsanlara Gönderileri

En Eski Sağlığında Qiymət Verin İnsanlara kitaplarını, en eski Sağlığında Qiymət Verin İnsanlara sözleri ve alıntılarını, en eski Sağlığında Qiymət Verin İnsanlara yazarlarını, en eski Sağlığında Qiymət Verin İnsanlara yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
Əsrlərlə yadellilər, oğrular, Varını ha taladılar, soydular, Nə tükəndin, nə əyildin, ey diyar, Çünki səndə hər bir dərdə dözüm var.
Məhəbbət yaşa baxmır; Müdriklər belə deyib. Eh, bəlkə də belədir, Bəlkə də belə deyil.
Reklam
Ay çəkilər yuxu kimi Yuxu kimi, yar, Bir ovçunun oxu kimi Oxu kimi, yar. Hamı deyər, hamı gülər Mən gülmərəm çoxu kimi, Çoxu kimi, yar. Şirin günlər, şirin çağlar Bir-bir gəlib düşər yada, Ürək deyər, ayrılığın Üzü dönsün bu dünyada..
Yoldaş Ölüm
Aparsan da bu dünyadan bizi bir-bir, Bəzən səndən xoşum gəlir. Nə zaman ki, bir alçaqdan, bir xəbisdən, Gərəksizdən, diləksizdən, Ürəksizdən bac alırsan, Vicdanını var-dövlətə satanları, Vəzifədən milyon əllə tutanları Nə zaman ki, stolundan qoparırsan, Vəzifəsiz, şan-şöhrətsiz bir aləmə aparırsan, Bax, o zaman gözlərimdə ucalırsan!
Can istəsə can verin, sevin Azərbaycanı, Qan istəsə qan verin, sevin Azərbaycanı. Dünyada vallah, belə talesiz millət olmaz, Nə qədər saxlayarlar girov Azərbaycanı...? Bu qədər bölgü olmaz, bu qədər sərhəd olmaz, Bəs nə vaxt görəcəyik bütöv Azərbaycanı?! Zaman-zaman talayıb, biçib Azərbaycanı, Bizə miras qoydular kiçik Azərbaycanı.
İnsanı Tanımaq Olmur
Saysız yaranıb canlılar, İnsandan qəlizi yoxdur. Baxırsan ki, sifəti var, Sifətində üzü yoxdur.
Reklam
46 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.