Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Seçilmiş Əsərləri

Nəriman Həsənzadə

Sözler ve Alıntılar

Tümünü Gör
Elə dayanırsan, elə baxırsan.
Elə dayanırsan, elə baxırsan, Elə bil qarşında quru bir daşam. İpək saçlarını bir vaxt oxşayan Elə bil hardasa mən olmamışam. Səni dostlarımla, tanışlarımla, Mən tanış edərdim nə vaxtsa bir-bir. İndi özgələri yad ehtiramla, Deyirlər tanış ol... Nə qəribədir?! Yuxuda görərdin nə vaxtsa hər dəm, Yolumu gözlərdin yollardan uzaq. Mən sənin yuxundan çıxıb gəlmişəm, Bu da bir yuxudur, gəl tanış olaq. Qoluna girərdim... bu, yadındadır, gedərdik... yolumuz , arzumuz şərik. Qolum qollarının lap yanındadır, toxunsa biz indi üzr istəyirik. Hayanda oldumsa səhər, ya axşam, Aradın sən məni, gördün sən məni. İndi gözlərinin qabağındayam, Hayanda durum ki, Görəsən məni?
Qadınsız çətindir həyatı sevmək, Sevgisiz həyat da bir həyat deyil.
Reklam
Bir yol ayrıcına bənzəyir həyat, Yaramaz həyatın üstündə əsmək. Cəsarət istəyir, bir də ehtiyat, Nə ləngimək olar, nə də tələsmək. Ehtiyat elədim orda ki, bir vaxt, Cəsarət hər şeyə, məncə, dəyərdi. Cəsarət göstərdim orda ki, ancaq, Adi bir ehtiyat bəs eləyərdi. Bu dünya qəribə bir əyləncədir, Dünya sərt, mən bəzən uşaqxasiyyət. Yaşadım, bilmədim bu dünya nədir, Bilmədim, dünyada nədir səadət. Kədərim dünyanın vecinə deyil, Sevincim necə bəs, düşürmü yada? Bəlkə dünya üçün, bu - heç nə deyil, Nə qədər sevinc var, qəm var dünyada. Dünya sərgisində göründüm, yetər, Həqiqət dedim mən ”yalan dünya”ya, Dünyanı əyləncə hesab edənlər, Əylənib baxsınlar bir an dünyaya.
Sən..mənim dünyamsan,dünyama qayıt...
İlhamım,qələmim danışan deyil, qayıt ,öz gözümdə itirəm sənsiz Ünvan mənimkidir, ancaq elə bil, özgənin evinə gedirem Sənsiz......
Reklam
Nə vaxt yaranıbsa əsil sənətkar, Hər xalqın şöhrəti o vaxta düşüb...
100 öğeden 11 ile 20 arasındakiler gösteriliyor.