Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Azeri Türkçesiyle

Seçilmiş Şiirler

Nəbi Xəzri

Seçilmiş Şiirler Gönderileri

Seçilmiş Şiirler kitaplarını, Seçilmiş Şiirler sözleri ve alıntılarını, Seçilmiş Şiirler yazarlarını, Seçilmiş Şiirler yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
Yetimdir dünyada  Kim qalsa yalqız,  Aylara çevrilir  Gün aram-aram.  Vaxt vardı siz məni  Axtarardınız,  İndi mən axtarıb  Sizi tapmıram.
Reklam
Nə yollar yoruldu, Nə mən yoruldum, Ac ellər gördüm ki, Ah qalxdı göyə. Dilənçi olmadım, Mən yolçu oldum, Deyəsən az qalır Dilənçiliyə!
Bilmədim "dilənçi", "Yolçu" sözləri, Nə üçün bənzərdir Əzəldən bəri?
Reklam
Dağlar dumanlıydı, Zirvə buluddu. Köksümdən axırdı Söz düzüm-düzüm. Yolu dolu vurdu, Yolu buz tutdu, Yolsuz yollardan da Yol tapdım özüm!
İllər pərvazlandı Ağ qanad kimi, Başım Aya dəydi, Ulduza dəydi. Yollar şahə qalxan Köhlən at kimi Elə bil cilovu Əllərimdəydi.
Mən niyə doğuldum Dünya üzündə? Bilmədim min qaya, Min uçurum var! Yer üstə ilk qədəm Atdığım gündə, Bilmədim bu qədər Ağır yolum var!
Dəniz, göy, məhəbbət
Dənizi hədiyyə verirəm sənə... Mən dedim, sən baxdın, sən gülümsədin. Göylərin şəfəqi düşdü üzünə. - Mən isə... göyləri verirəm, - dedin... Ayrıldıq qəribə hədiyyələrlə,
Reklam
#şeirdünyası
İstəsən yuxuna gələrəm sənin, gələrəm dəniz kimi. Üzünə incilər çilərəm sənin, çılərəm dəniz kimi. Yoluna şəfəqlər səpərəm hərdən, səpərəm dəniz kimi. İstəsən üzündən öpərəm hərdən, öpərəm dəniz kimi. Adını qəlbimin sahillərinə, yazaram dəniz kimi, "Sevirəm" söyləsən bir axşam mənə, Susaram dəniz kimi, Susaram dəniz kimi.
Qayıdan Sevgim
Sevgim, bir də uçub Getmə, amandır! Yerin ulduzunu Yerlərdə yandır, Bu gün biz ulduzuq— Sevgi cahandır!
Sayfa 52 - #NəbiXəzriKitabı okudu
21 öğeden 1 ile 15 arasındakiler gösteriliyor.