Görkəmli yapon yazıçısı Kenzaburo Oe (1935) yaradıcılığa tələbəlik illərində başlamışdır. İlk hekayələrindən birinin Akutaqava mükafatına layiq görülməsi onun gələcək həyat yolunu müəyyənləşdirib. Yazıçının "Gecikmiş gənclər" (1962), "Şəxsi təcrübə" (1964), "1860-cı ilin futbolu" (1967), "Qəlbiməcən suya batırdılar..." (1973), "Pinçrannerin qeydləri" (1976), "Müasirlərin oyunları" (1979) romanları, "Göylərin əks-sədası" (1989), "Alovlanan yaşıl ağac" (1933-1995) trilogiyası və digər əsərləri onu bütün dünyada tanıtmışdır.Kenzaburo Oe 1994-cü ildə ədəbiyyat üzrə Nobel mükafatına layiq görülmüşdür.