2. Cild

Seçilmiş Əsərləri

Məmməd Araz

Seçilmiş Əsərləri Gönderileri

Seçilmiş Əsərləri kitaplarını, Seçilmiş Əsərləri sözleri ve alıntılarını, Seçilmiş Əsərləri yazarlarını, Seçilmiş Əsərləri yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
QORXU GÜNÜ, İNSAF GÜNÜ
Yüz gündə bircə gün Allahdan qorxun, Olmasa da qorxun, olsa da qorxun
Sayfa 33 - “LİDER NƏŞRİYYAT” , 2004
Tanrım, məni məndən qoru
Tanrım, məni məndən qoru bu yaşda: Hər döngəyə döndərməyim döngəmi, Boyaqçıdan borc almayım rəngimi, Zurnaçıya pay verməyim cəngimi... İnsana yad insanlığım göyərsə, Yaxşı şumda yamanlığım göyərsə, Köhnə-kösöy şeytanlığım göyərsə,
Sayfa 29 - “LİDER NƏŞRİYYAT” , 2004
Reklam
Xatirələr yordu məni
Bu ilğımdı - üzü gülər, Boş vədələr yordu məni. Yüzü ağlar, yüxü gülər Xatirələr yordu məni. Dadı, duzu - doyulmazdı, İşıq kimi yuyulmazdı, Duyğu kimi duyulmazdı, Şirin dillər yordu məni. Qarlı zirvə, yaxan mənəm, Öz başıma yağan mənəm. Qılınc mənəm, qalxan mənəm, Xatirələr yordu məni. Qayanın hər üzü qaya, Qayadan baxmadım aya. Həsrətin həsrət o taya, Aylar, illər yordu məni. Sən bu səmtə yön görmədin, Kor da gördü, sən görmədin, Ha yol getdim, son görmədim, Xatirələr yordu məni. 1983
Sayfa 17 - “LİDER NƏŞRİYYAT” , 2004
Ən tənha adamdır çox dostlu adam, Yıxıldın, qaçacaq hamısı birdən.
Vaxtında gəlmədin…Mən məndim onda, Qanadım yerində, Qolum yerində. Mən onda eşqimin ağ otağında Olsam da, olardım qurum yerində. Vaxtında gəlmədin. Bir çıxaq yola, Bir gedək bir ömrün sonuna kimi. Yollarda yorulaq, yolları yoraq, Qəlbimiz baş-başa sönənə kimi. Mən də çox ürəyə od dartdım, hədər, Heç vaxta sığmadı havalı vaxtım. Caynaqdan,
Vaxtında gəlmədin... Vaxt köhlən atdı! Vaxtında yalına yatanlar udur, Yer göyə tulladı, göy yerə atdı, Budur gecikmənin töhfəsi,budur!
Reklam
32 öğeden 11 ile 20 arasındakiler gösteriliyor.