Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

2. Cild

Seçilmiş Əsərləri

Məmməd Araz

Seçilmiş Əsərləri Hakkında

Seçilmiş Əsərləri konusu, istatistikler, fiyatları ve daha fazlası burada.
8/10
1 Kişi
10
Okunma
2
Beğeni
419
Görüntülenme

Hakkında

Bu kitabda Azərbaycanın xalq şairi Məmməd Arazın bir şair ömrünün müxtəlif dövrlərini əhatə edən əsərlərindən seçmələr toplanmışdır. Canlı müşahidələrin təsiri ilə qəlbin yaddaşına yazılan bu əsərlərin iki təməl daşı var: doğma təbiətə vaqiflik və ana dilinin bütün incəliklərinə bələdlik. Dilin əlvanlığı şirinliyi və oynaqlığından, poetik müşahidələrin dərinliyindən və itiliyindən, bəzən gümrah, bəzən də ağrılı-acılı düşüncələrin, bəzənsə küskün hisslərin vəhdətindən yaranmış bu poeziyanın məhvəri Vətən eşqi, vətəndaşlıq amalı, dünya haqqında həm nikbin, həm nigaranqənaətlərdir.
Tahmini Okuma Süresi: 6 sa. 34 dk.Sayfa Sayısı: 232Basım Tarihi: 2004Yayınevi: Lider Nəşriyyatı
ISBN: 9789952417223Ülke: AzerbaijanDil: AzericeFormat: Karton kapak
Türler:
Reklam

Kitap İstatistikleri

Kitabın okur profili

Kadın% 90.9
Erkek% 9.1
0-12 Yaş
13-17 Yaş
18-24 Yaş
25-34 Yaş
35-44 Yaş
45-54 Yaş
55-64 Yaş
65+ Yaş

Yazar Hakkında

Məmməd Araz
Məmməd ArazYazar · 3 kitap
Məmməd Araz 1933-cü il oktyabr ayının 14-də Şahbuz rayonunda anadan olub. Burada orta məktəbi bitirdikdən sonra Azərbaycan Pedaqoji İnstitutunda təhsil alıb. Tələbəlik illərində institutda yazıçı İsmayıl Şıxlının rəhbərlik etdiyi ədəbiyyat dərnəyinin məşğələlərində fəal iştirak etmişdir. Burada bəyənilən "Yanın, işıqlarım" şeiri 1952-ci ildə çap edilib. 1954-cü ildə ali təhsilini başa vuran Məmməd Araz əmək fəaliyyətinə doğma kəndindəki orta məktəbdə müəllimliklə başlayıb, sonra Bakıya köçüb Azərbaycan SSR Nazirlər Soveti yanında Baş Mətbuat İdarəsində müvəkkil işləyib. 1959–1961-ci illərdə Moskvada Yazıçılar İttifaqı nəzdindəki Ali Ədəbiyyat Kurslarının müdavimi olub. Sonra "Ulduz" jurnalının məsul katibi, "Ədəbiyyat və incəsənət" qəzetində, Azərbaycan Dövlət Nəşriyyatında baş redaktorun müavini olmuşdur. 1974-cü ildən ömrünün sonuna kimi "Azərbaycan Təbiəti" jurnalının baş redaktoru olub. Uzun müddət Azərbaycan Yazıçılar İttifaqının poeziya bölməsinə rəhbərlik edib. Xidmətlərinə görə Azərbaycan Respublikasının İstiqlal ordeni (1995), bir medalla və Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanları ilə təltif edilmişdir. Hacı Zeynalabdin Tağıyev adına milli mükafatın laureatıdır (1992). Onun adına "Məmməd Araz" mükafatı təsis olunmuşdur (1993-cü ildən). 2004-cü ilin 1 dekabrında Bakıda vəfat edib və Fəxri Xiyabanda dəfn olunub. Azərbaycan Milli İstiqlal Partiyasının baş katibi Əli Orucovun dediyinə görə Məmməd Araz Azərbaycan Milli İstiqlal Partiyasının üzvü olmuşdur.