Seçilmiş Əsərləri - 1. Cild

Lev Tolstoy

En Eski Seçilmiş Əsərləri - 1. Cild Sözleri ve Alıntıları

En Eski Seçilmiş Əsərləri - 1. Cild sözleri ve alıntılarını, en eski Seçilmiş Əsərləri - 1. Cild kitap alıntılarını, etkileyici sözleri 1000Kitap'ta bulabilirsiniz.
Uşaqlıq
"Mənim ağlıma gəlməmişdi ki, yazıq İlenka bədəninin ağrısından çox, bəlkə də ona xoş gələn beş oğlan uşağının heç bir səbəb olmadan ona nifrət etmək və onu qovmaq qərarına gəlmələrinə görə ağlayırdı. Mən öz hərəkətimin amansız olduğunu heç bir vəchlə özümə izah edə bilmirəm. Necə olmuşdu ki, mən ona yaxınlaşmamış,onu müdafiə etməmiş və ona təsəlli verməmişdim? Yuvasından yerə atılmış dolaşa balasını və ya hasarın dalına atmaq üçün aparılan küçüyü, aşpaz arvadın şorba bişirmək üçün kəsdiyi toyuğu gördükdə məni hönkürtü ilə ağlamağa məcbur edən o mərhəmət hissi necə olmuşdu? Doğurdanmı, Seryojaya olan məhəbbətim və Seryojanın qarşısında onun özü kimi qoçaq görünmək arzum məndəki bu gözəl hissi öldürmüşdü? Bu məhəbbətim və qoçaq görünmək arzum axı elə böyük bir şey deyildi? Bu məhəbbətim və arzum mənim uşaqlıq xatirələrimin səhifələrinə yeganə qara ləkələr salmışdır."
Sayfa 82 - Şərq-QərbKitabı okudu
İlk Gənclik, Uzun səfər.
Mən zərrə qədər də qüssələnmirdim: xəyalım burada qoyub getdiklərimin yanında yox,qarşıda məni gözləyən şeylərin yanında idi. İndiyədək başımda hərlənən ağır xatirələrlə bağlı olan şeylərdən uzaqlaşdıqca bu xatirələr öz gücünü itirir, onlar qüvvət, təravət və ümidlə dolu olan həyatı dərk etməyimdən doğan sevincli hisslə əvəz olunurdular. Vicdanım hələ məni sıxdığı üçün sevincimin ağuşuna atıla bilməzdim, lakin dördgünlük səyahətimiz mənim üçün şən olmasa da, hər halda xoş və yaxşı keçdi ki, ömrümün bir neçə gününü nadir hallarda belə keçirmişəm. Nə yanından sarsılmadan keçə bilmədiyim anamın otağının bağlı qapısı,nə heç kəsin yanaşmağa qorxduğu örtülü royal, nə yas paltarları yadıma düşürdü. Qaytarılmaz itki canlı surətdə yadıma salan və anamın xatirəsini bir növ təhqir etmək qorxusu üzündən məni həyatın hər bir təzahüründən çəkinməyə vadar edən bütün şeyləri unutmuşdum. Burada əksinə, mənim diqqətimi yeni mənzərəli yerlər və şeylər özünə cəlb edirdi, yazın mənzərəsi isə qəlbimi sevincli hisslərlər - indiki vəziyyətimdən məmnun qalıb gələcəyə parlaq ümid hissilə doldururdu.
Sayfa 121 - Şərq- QərbKitabı okudu
Reklam
Yeni baxış
İnstinktiv hissdən bir adam o birinin fikrindəkini duyur və bu hiss söhbətin əsasını təşkil edir;
Sayfa 131 - Şərq - QərbKitabı okudu
Mən anadangəlmə utancaq idim, lakin eybəcərliyimə olan inamım utancaqlığımı daha da artırırdı. Mənsə əminəm ki, insanın istiqamətinə heç bir şey onunbxarici görkəmi,həm də xarici görkəmindən daha çox onun öz çirkinlik və ya gözəlliyinə olan inamı qədər dərin təsir etmir.
Sayfa 140 - Şərq-QərbKitabı okudu
İnsanın etməyəcəyi şey yoxdur...
İnsan nə qədər dağıdıcı,nə qədər qəddar bir məxluqdur,o öz həyatını təmin etmək üçün nə qədər canlı varlığı,bitkini məhv etmişdir.
Sayfa 516 - Şərq-Qərb
...Hacı Murad...
Gələcək haqqında fikirləşəndə heç vaxt keçmişi unutmayın...
Sayfa 612 - Şərq-Qərb
Reklam
"Mənə elə gəlir ki, üzün gözəlliyi deyilən şey təkcə bu təbəssümdə cəmləşmişdir: əgər təbəssüm üzün gözəlliyini artırırsa, bu üz qəşəngdir, əgər təbəssüm üz ifadəsini dəyişmirsə, o, adi bir üzdür, əgər sifəti korlayırsa, bu, pis üzdür".
" Qəribədir, görəsən nə üçün mən kiçik olarkən böyüklərə oxşamağa çalışır, böyüdükdən sonra isə çox vaxt kiçik uşaqlara oxşamaq istəyirdim".
24 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.