Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Sevgi Şeirləri

Memmed İsmayıl

Sevgi Şeirləri Sözleri ve Alıntıları

Sevgi Şeirləri sözleri ve alıntılarını, Sevgi Şeirləri kitap alıntılarını, Sevgi Şeirləri en etkileyici cümleleri ve paragragları 1000Kitap'ta bulabilirsiniz.
Yəni doğurdanmı susub küləklər, Arabir tərpənən yarpaq səsi də. Yəni doğurdanmı sınıb ürəklər, Ürəyin ürəklə əlaqəsi də… Yoxsa diləklərim yetmir ünvana, Yatan duyğularım yuxuna gəlmir. Yuxusuz qalmağım qalsın bir yana, Yuxusuz qalmağım yuxuna gəlmir?
Sayfa 123Kitabı okudu
Medine Aliyeva "Sensiz"
Bir gün də ömrümdən beləcə keçdi sənsiz Mən indi hər gün damla-damla ölürəm sənsiz Bu şəhər sən varikən bir şeirdi, yoxdu mənası sənsiz Xəyallarımı da göz yaşlarım yuyub apardı sənsiz... Daha soraq gətirmir səndən dəli küləklər Sanki zülmətə bürünüb bütün şəhər, bütün küçələr Sahili də boş görüb çırpındı dəniz sənsiz Lal olub indi sevincim ağlamır, gülmür sənsiz... Gecələr seyrə çıxıb dağ dərəni sorağınla Qalıram baş-başa mən hey fikrinlə, xəyalınla Həsrətindən könül evim yanar odlara sənsiz Parçalanar dərdli könül, parçalanar yenə sənsiz... Dözməyib həsrətinə hər gecə fəryad edərəm Ömrümü bil ki, senin yoluna qurban edərəm Tapmaram mən səadət bil ki, dünyada sənsiz Ulduzlu göylərə mən bir daha baxmaram sənsiz... Sənsiz çiçəklər açmasın, axar sular dayansın Ruhum tərk etsin məni, səmalara ucalsın Ömrümə gəlməsin bahar, doğmasın günəş sənsiz Dönməsin dünya daha, dayansın heyat sənsiz...
Reklam
FİKİR MƏKTUBLARI Məktub göndərərəm sənə hər gecə, Yazaram ən şirin xatirələrdən. Bəlkə duyğularım ruhuna köçə, Qaralan axşamdan, açan səhərdən. Kim keçdi keçilməz yolları qəmsiz,
BİR BİLƏN OLDUMU MƏHƏBBƏT NƏDİR... Bir bilən olubmu nədir məhəbbət, Nə eylər, taleyin əli eyliyər. Yolundan çıxarar səni bu həsrət, Bu həsrət məni də dəli eyliyər.
Bir bulaq gözüdür hər etirafın, Könlündən, gözündən yaş olub axar. "Qırımmı qəlbini o qəlbi safın, Özgə kədərinə mən kiməm axı?!" • Məmməd İsmayıl
SEVDİM Düşdük hər ikimiz yar sorağına, Bülbül bağı sevdi, mən səni sevdim. Hicran anlarımı gəldi yaxına, Ürək dağı sevdi, mən səni sevdim. Görüşə gələnlər gülü, süsəni, Açılan qönçələr odlu busəni. Qartal zirvələri, ceyran düzəni, Maral dağı sevdi, mən səni sevdim. Olmadım şöhrətin, varın düşkünü, Eşqinlə isindim qarlı qış günü. Çoxları axtarıb gəzdi xoş günü, Kef-damağı sevdi, mən səni sevdim. Ay Məmməd, taledən quru can istə. Dərdinə vəfalı bir həyan istə. Məhəbbət aşiqi xəstə can üstə - Yaşamağı sevdi, mən səni sevdim. • Məmməd İsmayıl - 1961
Reklam
AĞLA, ÜRƏYİM Hardasa bir ürək tənhadı, təkdi. Tale qismətinə əlini çəkdi. Sınan qab deyil ki,.. sınan ürəkdi, Ağlaya bilirsən ağla, ürəyim. Ağla harayına, ününə ağla,
ÖZÜN DE Yuxular görürəm hər gecə sənsiz, Görürəm qəm tutub şəhəri, kəndi. Dayanıb durmuşuq sahilində biz, Dəniz də dəniz yox, "şəkil çəkəndi". O gecə ömürdən, gündən ucaydın,
GƏLƏRDİ Bəxtimin yoluna çıxardı bir qız, Yatmış duyğularım dinib gələrdi! Gecə ay düşəndə ağ cığırlara Güllərin dalına sinib gələrdi. Yayda yaylayardıq xoş xəyal kimi,
TALE SEVGİSİ İyirmi ilin uzaqlığından gələn məktubdan sətirlər: "Universitetdə dövlət imtahanı verdiyimiz axırıncı günü xatırlayırsanmı?! Qrupumuzda bir qız vardı ha, adı... o sizi sevirdi..." Ay zalım, verdiyin nə tez xəbərdi, İtdimi, batdımı ilk eşqin səsi. Bahardan qayıdan xatirələrdi, Bahara dönməz ki, payız ölkəsi?! Zamansız
22 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.