Sevgi Şeirləri

Memmed İsmayıl

Sevgi Şeirləri Sözleri ve Alıntıları

Sevgi Şeirləri sözleri ve alıntılarını, Sevgi Şeirləri kitap alıntılarını, Sevgi Şeirləri en etkileyici cümleleri ve paragragları 1000Kitap'ta bulabilirsiniz.
ARZUNUN BİTDİYİ YERDƏ Yeni bir qurbana daha yox güman, Mən ki, ümidimi çoxdan kəsmişəm. Ömrün qürubunda səndən yox ki, mən Gedib barışdığın çağdan küsmüşəm... Ümidə açılan yaz yarpağının
TALE SEVGİSİ İyirmi ilin uzaqlığından gələn məktubdan sətirlər: "Universitetdə dövlət imtahanı verdiyimiz axırıncı günü xatırlayırsanmı?! Qrupumuzda bir qız vardı ha, adı... o sizi sevirdi..." Ay zalım, verdiyin nə tez xəbərdi, İtdimi, batdımı ilk eşqin səsi. Bahardan qayıdan xatirələrdi, Bahara dönməz ki, payız ölkəsi?! Zamansız
Reklam
SƏNİN ZƏNG SƏSLƏRİN Yazın ilk gəlişi-qışın son anı, Beləcə səsləyər göllər sonanı. Bu mənəm, bu otaq, telefon hanı, Hayandan süzülür o zəng səsləri, O ürək səsləri, ürək səsləri...
SEVGİ SEVƏNLƏRİ ÇƏKƏR XƏLVƏTƏ Sevgi sevənləri çəkər xəlvətə, Hardasa bir qızın gözü yol çəkər. Yoxluqdan yol alan bu məhəbbətə Qızıl qələmiylə şimşək qol çəkər... Hardasa çadırı döyər yağışlar,
YOXUYMUŞ Bu payız ömrümün yağışı, qarı... Mənzilə tələsir ömür qatarı, Gəlir cavanların təzə baharı, Demə, sevənlərin qışı yoxuymuş. Üzü nə dönükmüş, qəlbi nə yadmış, Yazıq günlərimmi qəlbinə yatmış?! Yaşaya bilənə həyat həyatmış, Günlərin dolusu, boşu yoxuymuş... Məhəbbət baxmazmış ehtiyaclara, Sevgidən, sevincdən gözü aclara, Mehrini salarmış qara saçlara, Ağ günlə, ömürlə işi yoxuymuş. Bilməzmi qış gəlir dağlar başından, Gül umar payızın soyuq daşından. Haçandı ötmüşəm sevgi yaşından - Bu zalım fələyin huşu yoxuymuş. • Məmməd İsmayıl - 1968
GƏLMƏZ Qədəmi daş oldu ilk vüsalının, Gözlərim həsrətin limanı, - gəlməz. Fikrini çəkərəm, fikir falının Bir yanı gələrdi, bir yanı gəlməz. Həsrət gözlərimə sənsiz ağ gələr.
Reklam
18 öğeden 11 ile 18 arasındakiler gösteriliyor.