Kitab məhşur xəfiyyə Şerlok Holmsun macəralarından,onun başına gələn və araşdırdığı maraqlı,bir o qədər ağlasığmaz hadisələrdən bəhs edir.Əsərdə Holmsla dostu Uotson birlikdə bir neçə cinayətin üstünü açmış,təhlükəli vəziyyətlərə düşmüş ,bir o qədər də maraqlı və fərqli anlar yaşamışdır.Əsərdə siz maraqlı əhvalatlara rast gəlməklə qalmayacaq,eyni zamanda Holmsun düşüncə tərzini baxış bucağını anlamaqla onun kimi düşünə biləcək,hadisələrə başqa mövqedən baxmağı öyrənəcək və çox şeyin ən xırda və önəmsiz detallarla belə təxmin edilməsinin mümkünlüyünü görəcəksiniz.Holmsun yanaşma tərzi kitabı oxuyan digər şəxslərdə də bu düşüncə tərzini formalaşdırır.Qeyd edim ki,yazıçı Artur Konan Doylun Şerlok Holmsa aid bir neçə əsəri var və bu onlardan biri "Göy Yaqut" əsəridir.Əsərin belə adlanmasının səbəbi buradakı hekayələrdən ən maraqlılarından biri olan göy yaqutla bağlı cinayət işidir.Bir sözlə ,kitab oxuyarkən vaxt necə keçdiyini anlamayacağınız qədər maraqlıdır və buna sərf edilən vaxta dəyər.Xoş mütailələr!