Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Sirlərin Sərgüzəşti

Kamal Abdulla

Sirlərin Sərgüzəşti Hakkında

Sirlərin Sərgüzəşti konusu, istatistikler, fiyatları ve daha fazlası burada.
9/10
1 Kişi
9
Okunma
1
Beğeni
330
Görüntülenme

Hakkında

Əsərdə paralel zaman və məkan, yaddaş fenomeni, real və irreal hadisələrin təsviri özünün ədəbi-bədii əksini tapıb. Roman müasir nəsr texnikasına xas olan iç-içə süjetlər və fəsillərlə assosiasiya olunan hadisələrin anaxronik ardıcıllığı şəklində qurulub. Əsərin qəhrəmanı olan Həsən müəllim (Hacı Mir Həsən ağa Səyyah) nəql olunan əhvalatların fövqündə dayanaraq sirlərin sərgüzəştinə şahidlik və bələdçilik edir. Bu mənada roman oxucunu öz sirlərinin ağuşuna alır, onu da sirrə vaqif edir. Odunçu Əhmədin, Təpəgözün, Banuçiçəklə Beyrəyin çözülən sirri oxucunu Kamal Abdullanın bundan əvvəl qələmə aldığı mətnlərdəki mətləblərə bir daha üz tutmaq ehtiyacı ilə üz-üzə qoyur. "Sirlərin sərgüzəşti”ndəki arxetipik məqamlar romanı müəllifin digər mətnləri ilə aşkar və gizli lağımlarla bağlayır.
Tahmini Okuma Süresi: 8 sa. 10 dk.Sayfa Sayısı: 288Basım Tarihi: 2019Yayınevi: Azərnəşr
ISBN: 978952835175Ülke: AzerbaijanDil: AzericeFormat: Karton kapak
Türler:
Reklam

Yazar Hakkında

Kamal Abdulla
Kamal AbdullaYazar · 7 kitap
Kamal Abdulla (tam adı: Abdullayev Kamal Mehdi oğlu) — Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri. Filologiya elmləri doktoru, professor, əməkdar elm xadimi, AMEA-nın həqiqi üzvü, Azərbaycan Yaradıcılıq Fondunun sədri, Bakı Slavyan Universitetinin sabiq rektoru (2000-2014), dilşünas, ədəbiyyatşünas; Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Himayəçilik Şurasının üzvü (18 iyul 2014-cü ildən), Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Himayəçilik Şurasının sədri.