Lord Berlton Amerikadan Londona gələn nişanlısını gözləyərək toya hazırlaşır. Lakin qızın gəlməsindən bir neçə gün əvvəl sərxoş halda kareta altında qalaraq ölür. Lordun yaxın qohumları olmadığından, karetanı idarə edən qraf Stiven Uestmorlend mərhumun nişanlısını qarşılamaq və faciədən onu xəbərdar etmək qərarına gəlir. Lakin limanda ikinci bədbəxtlik baş verir, qraf Stiven körpüdə qadına yanaşmağa macal tapmamış, krandan qırılıb düşən yük qadını zədələyir. Xəstəxanada həkimlər qadına sərt diaqnoz qoyur – amneziya, yaddaşın tam itirilməsi.
Gözəl amerikalı qadının həyatını məhv etməkdə özünü günahkar bilib, qraf Stiven onun qarşısında günahını yumaq üçün xəstə ilə oyun oynamaq qərarına gəlir və özünü qadının nişanlısı kimi qələmə verir. Oyun uğurla başlayır, yaddaşını itirmiş qadın Stivenin dediklərinə inanmağa başlayır. Lakin… əsas intriqa ondadır ki, mərhum Lord Berltonun nişanlısı Çariz qoşulub qaçır. Limana çıxan isə onun müşayiətçisi Şeridan Bromley olub. Yalnız əsərin sonunda bu dolaşıq intriqa öz həllini tapır.