Əslində biz şlyapadan çıxarılan ağ dovşanıq. Onunla bizim aramızda yeganə fərq odur ki, dovşan bunun bir sehrbazlıq nömrəsində baş verdiyini başa düşmür. Bizsə əksinə. Nəsə sirli-sehrli bir işin bir parçası olduğumuzu hiss edirik və bütün bunların necə baş verdiyini bilmək istəyirik.