Söyüdlü Arx

İlyas Efendiyev

Söyüdlü Arx Yorumları ve İncelemeleri

Söyüdlü Arx yorumları ve incelemelerini, Söyüdlü Arx kitabı hakkındaki okur görüşlerini , Söyüdlü Arx puanlarını 1000Kitap'ta bulabilirsiniz.
185 syf.
10/10 puan verdi
·
Beğendi
·
53 günde okudu
Son cümlələri oxuyarkən istər-istəməz insanın gözü dolur...Nuriyyə necə gözəl qadın imiş, sevgini ürəyində necə gözəl saxlaya bilirmiş... Nuriyyə demiş ,hər şeyin təzəsi ,dostun köhnəsi
Söyüdlü Arx
Söyüdlü Arxİlyas Efendiyev · Avrasiya Press · 1959785 okunma
185 syf.
·
Puan vermedi
Özümə söz verdim ki, çalışım bundan sonra tez-tez Azərbaycan ədəbiyyatından da əsərlərə şans verim. Elə uzun zaman sonra ilk oxuduğum kitab da bu oldu.. Yaxşı ki olub. Nuriyyə obrazı elə canayaxın, səmimi təsvir edilib ki, özümü ona doğma hiss edirəm artıq. Hansı ki bu qadınının bütün hisslərini yalnız biz bilirdik, hamıdan gizlətdiyi gerçəkləşməyən arzuları üçün həm kədərləndik, həm də bu cəsur addımları üçün onunla qürur duyduq. Nuriyyənin hisslərini xəlvətdə saxlayıb bir qadın kimi Səadətin ailəsinə kölgə salmamasını təqdir etməsək olmazdı. Nuriyyə özü də bunu başa düşür, heç bir şəkildə buna yol verməyəcəyini özü də bilirdi. Məndə əsər iki qovuşa bilməyən sevgi kimi yox, bir qadının bir qadın üçün öz hisslərinizdən vaz keçməsi kimi daha çox yadda qalacaq. Nuriyyənin bundan sonrakı həyatında xoşbəxt olmasını arzu edərdim, çünki o buna layiqdir. Kitablar bitsə də, oxucularda bitmir, ağlıma gəldikcə yenə Nuriyyəni bir neçə dəqiqə düşünəcək, içimdə ona haqq verəcəyəm)
Söyüdlü Arx
Söyüdlü Arxİlyas Efendiyev · Avrasiya Press · 1959785 okunma
Reklam
185 syf.
10/10 puan verdi
·
Beğendi
Kitabii iki defe oxumusham. İkisində də üzücü hisslər kechirdim. Nuriyyənin chixilmazını gördükce özümü onun yerine goymaga chalıshdım. Mən nə edərdim? Romanın diqqət görməsinə əsas səbəb Nuriyyənin mədəniyyət işçisi kimi şücaətləri deyil, onun şəxsi həyatı və daxili dünyası olmuşdur. Yazıçı əsas diqqəti iki qadına , ikisinində qəlbində bir tək "Murad" olan, bir - birinə zidd iki qadın Nuriyyə və Səadətə cəmləmişdir . Nuriyyə öz saədətini düşünmədən başqasına qurban verən fədakar və ləyaqətli qadın obrazıdır.Murada olan sevgisini hamıdan , hətta onun özündən belə gizlədir , ailəsinin dağılmaması üçün Muradın həyat yoldaşı olan Səadətə belə yol göstərir, bir növ öz səadətini Muradın səadətinə qurban verir, bu ona nə qədər çətin olsa da onların xoşbəxtliyi yolunda bu addımı atır və özlüyündə ən doğru qərarın bu olduğunu düşünür.
Söyüdlü Arx
Söyüdlü Arxİlyas Efendiyev · Avrasiya Press · 1959785 okunma
185 syf.
·
Puan vermedi
Lap çoxdan oxumuşam. Bu roman milli ədəbiyyatımızın incilərindəndir. Sujet xətti elə ustalıqla qurulub ki... Sadəcə möhtəşəmdir . Əsərdə bir incəsənət xanımının (aktrisasının) təyinatla bir kəndə göndərilməsi, orda köhnə sevgisini görməsi, onun haqqında azca qalan ümidlərinin ölməsi və s. bəhs edilir. İlyas Əfəndiyevin əsərlərinin zirvəsidir deyərdim.
Söyüdlü Arx
Söyüdlü Arxİlyas Efendiyev · Avrasiya Press · 1959785 okunma
Geri14
45 öğeden 41 ile 45 arasındakiler gösteriliyor.