Söyüdlü Arx

İlyas Efendiyev

Düşük Puanlı Söyüdlü Arx Yorumları ve İncelemeleri

Düşük Puanlı Söyüdlü Arx sözleri ve alıntılarını, düşük puanlı Söyüdlü Arx kitap alıntılarını, etkileyici sözleri 1000Kitap'ta bulabilirsiniz.

Puan

8.910 üzerinden
290 Kişi · 45 İnceleme
224 syf.
8/10 puan verdi
·
4 günde okudu
"Biz müasir həyatla bərabər, keçmişimizi də yaddan çıxartmamalıyıq. Gözəl ənənələrimizi həmişə yaşatmalıyıq." İlyas Əfəndiyev demiş, nə qədər müasirliklə həmrəng olmasaq da, yenə də keçmişimizi, kimliyimizi unutmağa haqqımız yoxdur. Kitab Nuriyyə xanımın həyatının bir neçə ilini təsvir edir, eyni zamanda xatirələrlə onun keçmişinə və təsvir olunanlardan sonrakı yaşayışına nəzər yetirə bilirik. Bəzi hissələrdə kitabı bağlayıb sual verməmək, özünü obrazın yerinə qoymamaq əldə deyil. Bütün olanlarla Nuriyyə və Səadət obrazları arasındakı dövr edən hadisələr əminəm ki, hər birimizin diqqətini çəkib və Nuriyyəni alqışlamaqla yekunlaşıb. Tək maraqlı an bu deyil, müəllif ayrı -ayrı yerlərdə maraq doğuracaq hadisələrlə oxucuda sual işarəsi yaradır və bundan sonra daha bu da diqqətlə oxunması üçün nəticələnir. İlyas Əfəndiyevin qələmindən oxuduğum ilk əsər oldu, burda dövrün ictimai-siyasi pəncərəsindən baxdım, Nuriyyənin həyatına, cavan leytenantı ilə bağlı hisslərini özüm yaşayırmış kimi yaşadım. İnanıram ki, timsalında çox oxucularda oxşar əhval-ruhiyyə yaradacaq bir əsərdir. Hər kəsə xoş mütaliələr!
Söyüdlü Arx
Söyüdlü Arxİlyas Efendiyev · Qanun Nəşriyyatı · 2020786 okunma
224 syf.
8/10 puan verdi
·
24 saatte okudu
“Dəli Kür” əsərini oxuduqdan sonra anlamışdım ki, Azərbaycan klassiklərinə daha çox şans verməliyəm. Bir neçə araşdırmadan sonra qabağıma “Söyüdlü Arx” çıxmışdı. Oxuduğum üçün heç peşman deyiləm. Kitab çox axıcıdır. Dili sadədir. Lakin çox təsirli kitabdır. Nuriyyənin hisslərini, düşüncələrini çox aydın başa düşmək olar. İlyas Əfəndiyev obrazı çox gözəl yaşadır. Nuriyyə obrazı sevdiyim obrazlardan biri oldu. Onun yerinə özümü qoydum. Mən bu qədər cəsarətli ola bilərdim? deyə çox düşündüm. Yəqin ki, yox, ola bilməzdim. Kitabda altını xəttlədiyim, dəfələrlə oxuyacağım bir çox hissə var. Ümumi olaraq kitabı oxumaq istəyən varsa heç tərəddüd etməsin. Xoş mütaliələr..
Söyüdlü Arx
Söyüdlü Arxİlyas Efendiyev · Qanun Nəşriyyatı · 2020786 okunma
Reklam
224 syf.
8/10 puan verdi
·
Beğendi
·
42 günde okudu
Söyüdlü Arx - qovuşa bilməyənlərin xoşbəxt hekayəsi...
İlyas Əfəndiyev həmişə mənə doğma olub, məktəb vaxtı həyatını, kiçik hekayələrini oxuyanda onu öz ruhuma səbəbsizcə çox yaxın hiss etmişəm. Amma Söyürdlü Arx əsərinə qədər heç bir kitabını oxumamışdım. Düzdür, kitabı bitirməyim çox uzun çəkdi. Çox həvəslə bitirmək istəyimə baxmayaraq, istədiyim kimi vaxt ayıra bilmirdim. Bu dəqiqələrdə elə bitirdim kitabı. Axır ki) Kitabı oxuyanda elə gəlirdi ki, sanki hansısa köhnə Azərbaycan filmini izləyirəm. Kəndlilər, raykom müdirləri, mədəniyyət evləri, musiqilər, teatrlar, dərnəklər... Çox ləzzət edirdi. Deməliyəm ki, öz aləmində obrazlara nöqsan tutduğum məqamlar da az olmurdu. Niyə belə edirsən, indi niyə belə oldu ki çox dedim öz özümə. Amma çox vaxt olduğu kimi kitabın sonu məni məntiqi sonluğa gətirə bildi. Hələ də suallar, etirazlar qalsa da, bir nöqtədə müəllifi anlaya bildim. Baş obraz olan Nuriyəni kitab boyu etdiklərinə görə qınayırdım. Amma onun hər düşüncəsində, hər fədakarlığında o qədər ortaq nöqtələr tapırdım ki, içimdə bir yerlərdə onu çox sevirdim, heyranlıq duyurdum. Bir şeyi də qeyd etməliyəm ki, kitab üzərində verilən fotonun bu obrazla heç bir məntiqi əlaqəsi yoxdur. Ümimiyyətlə, kitab nəşrlərində konkret təsvirlərin verilməsinə qarşıyam. Mənə görə, obrazın xarici görünüşü müəllifin təsvir etdikləri nəticəsində insan təxəyyülündə yaranmalıdır. Uzun sözün qısası bundan sonra İlyas Əfəndiyevə, ümumilikdə digər Azərbaycan yazarlarına daha çox şans vermək istəyirəm.
Söyüdlü Arx
Söyüdlü Arxİlyas Efendiyev · Qanun Nəşriyyatı · 2020786 okunma
223 syf.
9/10 puan verdi
·
Beğendi
·
3 günde okudu
Bu metin Azerice dilinden otomatik olarak çevirilmiştir. Orjinali Göster
"Söğüt hendeği"; İlyas Efendiyev'in okuduğum ilk kitabıydı ama son olmayacağına eminim. Yabancı edebiyatı ne kadar tercih etsem de bazen dönüp kendi edebiyatımızdan herhangi bir eseri okuduğumda başkalarında hissetmediğim yerliliği iliklerime kadar hissediyorum. Olaylar Güney Kışı ile Kuzey Kışı arasında gerçekleşir. Kitabın adı iki köy
Söyüdlü Arx
Söyüdlü Arxİlyas Efendiyev · Qanun Nəşriyyatı · 2020786 okunma
224 syf.
9/10 puan verdi
·
Beğendi
·
4 günde okudu
Söyüdlü Arx
İlyas Efendiyevden okuduğum ilk eserdi, fakat fırsat buldukça diğer eserlerini de okumaya çalışacağım. Kitap Güney ve Kuzey bölgelerinde geçiyor. Yetim büyüyen ve eziyetle geçmiş bir hayatı olan baş karakterimiz Nuriyye nin yaşantısı ustalıkla anlatılmış. Ben kitabı beğendim, tavsiye ederim.
Söyüdlü Arx
Söyüdlü Arxİlyas Efendiyev · Qanun Nəşriyyatı · 2020786 okunma
Reklam
29 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.