Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Sərgərdan

Yusuf Atılgan

Sərgərdan Sözleri ve Alıntıları

Sərgərdan sözleri ve alıntılarını, Sərgərdan kitap alıntılarını, Sərgərdan en etkileyici cümleleri ve paragragları 1000Kitap'ta bulabilirsiniz.
Yaşayırıq, sanki yellənən, məhəccərsiz bir körpüdə yeriyirik.
Sayfa 198Kitabı okudu
Srağagün burada oturduqları vaxt Gülər demişdi: - Həyatdan elə də çox şey istəmirəm. Üç otaq, bir mətbəx, sevdiyim kişi, iki uşaq: biri qız, biri oğlan. - Kişinin bezib qaçması, uşaqların da difteriyaya tutulması üçün? - cavab vermişdi. Xoşu gəlməsəydi, dediyini eşidəndə əti ürpərərdi. Bu sözü başqa biri söyləsəydi, belə düşünərdi: "Bu qız məni əlitorbalılardan birinə çevirmək istəyir".
Sayfa 90 - Teas PressKitabı okudu
Reklam
Qadınların niyə ərə getmək istədiklərini anlayıram: tək qala bilmək üçün.
Bu aldanma sonuncu deyil. Çünki insanlara inanıram.
"Görərsiniz, bu uşaq adam olmayacaq" deyirdi. Səsimi çıxarmırdım. Sevinərdim. Adam atam idisə, mən adam olmayacaqdım.
Sayfa 162Kitabı okudu
İnsan olub-keçmiş bir hadisəni canından çıxarıb atacağını güman edir. Elə deyil. İçində çöküntü qalır.
Sayfa 102Kitabı okudu
Reklam
Dövrümüzdə keçmiş əsrlərin xəbərsiz olduğu, azömürlü bir varlıq yaşayır: kinoteatrdan çıxmış insan. İzlədiyi film ona nələrsə edib. Sırf öz mənfəəti haqda düşünmür. Digərlərinə qarşı sevgi duyur. İnanır ki, böyük işlər görəcək. Amma, təəssüf ki, ömrü beş-on dəqiqədir. Küçə kinoteatrlardan çıxmayanlarla doludur, zəhrimar tökülən üzləri, laqeydlikləri, məkrli yerişləri ilə onu mühasirəyə alıb udurlar.
Artıq onu tanıyırdı. Şeirlərdən, kitablardan götürdüyü bəzəkli sözlər və saxtalıq, ikiüzlülük, bayağılıq. Bakirə.. B.-nin ona vermək istədiklərinin yanında bakirəlik nə idi ki? Sabah gedib onların "qızlıq" dediyi bu şeyi tanımadığı bir adama verəcəkdi.
İnsanlardan yenilik gözləmək axmaqlıqdır.
Sayfa 60 - Teas PressKitabı okudu
Günlərin bir günü sənə dünyadakı yeganə sığınacağın sevgi olduğunu öyrədəcəyəm.
Sayfa 100 - Teas PressKitabı okudu
1.000 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.