Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Sərgərdan

Yusuf Atılgan

Sözler ve Alıntılar

Tümünü Gör
Yaşayırıq, sanki yellənən, məhəccərsiz bir körpüdə yeriyirik.
Sayfa 198Kitabı okudu
Srağagün burada oturduqları vaxt Gülər demişdi: - Həyatdan elə də çox şey istəmirəm. Üç otaq, bir mətbəx, sevdiyim kişi, iki uşaq: biri qız, biri oğlan. - Kişinin bezib qaçması, uşaqların da difteriyaya tutulması üçün? - cavab vermişdi. Xoşu gəlməsəydi, dediyini eşidəndə əti ürpərərdi. Bu sözü başqa biri söyləsəydi, belə düşünərdi: "Bu qız məni əlitorbalılardan birinə çevirmək istəyir".
Sayfa 90 - Teas PressKitabı okudu
Reklam
Qadınların niyə ərə getmək istədiklərini anlayıram: tək qala bilmək üçün.
Bu aldanma sonuncu deyil. Çünki insanlara inanıram.
"Görərsiniz, bu uşaq adam olmayacaq" deyirdi. Səsimi çıxarmırdım. Sevinərdim. Adam atam idisə, mən adam olmayacaqdım.
Sayfa 162Kitabı okudu
Dövrümüzdə keçmiş əsrlərin xəbərsiz olduğu, azömürlü bir varlıq yaşayır: kinoteatrdan çıxmış insan. İzlədiyi film ona nələrsə edib. Sırf öz mənfəəti haqda düşünmür. Digərlərinə qarşı sevgi duyur. İnanır ki, böyük işlər görəcək. Amma, təəssüf ki, ömrü beş-on dəqiqədir. Küçə kinoteatrlardan çıxmayanlarla doludur, zəhrimar tökülən üzləri, laqeydlikləri, məkrli yerişləri ilə onu mühasirəyə alıb udurlar.
Reklam
İnsan olub-keçmiş bir hadisəni canından çıxarıb atacağını güman edir. Elə deyil. İçində çöküntü qalır.
Sayfa 102Kitabı okudu
100 öğeden 11 ile 20 arasındakiler gösteriliyor.