Dörd Cilddə

Əsərləri - I cild

Cafer Cabbarlı

Əsərləri - I cild Sözleri ve Alıntıları

Əsərləri - I cild sözleri ve alıntılarını, Əsərləri - I cild kitap alıntılarını, Əsərləri - I cild en etkileyici cümleleri ve paragragları 1000Kitap'ta bulabilirsiniz.
Yenə hər yer sükuta müstəğrəq
Bir nəfər yox ki, sorsun əhvalın, Bir nəfər yox onu bilə insan. Hər tərəf üz tutub təlatimiğəm, Nəzərində cahan olub zindan.
Reklam
Bir nakəs ki ölməyə layiqi - şərirdir
Qəlbim yanır baxınca bu çərxin mədarına , Baxdıqca zülmünə , sitəmi - aşikarina . Bir nakəs ki ölməyə layiqi - şərirdir , Yüksəldərək , səbəb olur da iftixarına . Bərəks , bir vücud ki , millət ziyasıdır , Erkən kəfən biçib , qapayır öz məzarına .
DÜN O GÖZLƏRDƏ
Dün o gözlərdə inliyən sevgi, O baxışlarda titrəyən xülya, Gülüşündən uçan səmimiyyət Varlığından gülümsəyən sevda Ruhi sar-sar əsirin eylərdi. Utanıb dün çiçək kibi qızaran, Şu yanaqlar bəharə bənzərdi. Gül dodaqlar əsər, susar, utanar, Gözlərin bildirirdi hər dərdi. Həm də pək şairanə söylərdi Tellərindən öpüncə aydınlıq. Ləblərindən gülümsüyürdü həyat O zaman bən sənin əsirin idim, Çünki məsum idin, fəqət heyhat! Şimdi hər şey havaya savruldu, Böyüdün, bir qədər də oldun şən. Dillə "sevdim" diyorsan imdi, fəqət, Dinməmiş gözlərindən anladığım... Eşq yox, zövq yox, yetǝr! Get, Get!.. Nerdədir gördüyüm səmimiyyət, Niyə yavrum riyayə çevrildi?!
Sayfa 65
Bir aşiqi - həqiqi demək heç rəvamıdır Daim məkani - aşiqi səhra bilənlərə ? Səhrayə düşsə də yenə Məcnunmu söylənir Hər bir səfilə düxtəri Leyla bilənlərə ?
MƏHƏBBƏT ALƏMİ QƏMDİR
Məhəbbət ölkəsi qəm diyarıdır, О diyarda ağlayan çоx, gülən yоx. Cad оlunmuş kimi könül çırpınır, Ağlayоrmu, gülüyоrmu – bilən yоx! Fələk məni öylə günə salıb ki, Bilmiyоrоm yaşayımmı, ölümmü? Yazıq könlüm öylə hala qalıb ki, Bilmiyоrоm ağlayımmı, gülümmü? Məhəbbət ölkəsi qəm diyarıdır. О ölkəni dоlaşıram bilərək. Için-için eşq ürəymi
Reklam
70 öğeden 21 ile 30 arasındakiler gösteriliyor.