Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Əsərləri II.Cild

Hüseyn Cavid

Əsərləri II.Cild Gönderileri

Əsərləri II.Cild kitaplarını, Əsərləri II.Cild sözleri ve alıntılarını, Əsərləri II.Cild yazarlarını, Əsərləri II.Cild yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
Yüksələn məhv olur, fəqət enməz! Nuri-həqq daima yanar, sönməz!
Şeyx SənanKitabı okudu
Gərçi görmək də başqa nemətdir, Görməmək ən böyük səadətdir.
Şeyx Sənan
Reklam
Bə’zi dilbər mələklərin, Sən’an, Halı bir kölgədən seçilməz, inan. Onu tə’qibə başlayınca qaçar, Yüz çevirsən, həmən peşincə uçar.
"Şeyx Sənan" əsəri
O gün ki,İstanbulda Gənçlik fransızlaşdı, Getdikcə türk evladı Uçuruma yaqlaşdı. Yurdumuzu sardıqca Düşkün Paris modası, Hər kəscə örnək oldu Sərsəm firəng ədası. Sərxoşluq, iffətsizlik Sardı bütün gəncləri, Zəhərləndi getdikcə Məmləkətin hər yeri. Qəhrəman Oğuzların, Böyük Ərtoğrolların Sarsılmaz xələfləri Şimdi həp sapqın, azğın... Avropadan fəzilət, Himmət, ciddiyət, vüqar Dururkən yalnız çürük Bir züppəlik aldılar.
Sayfa 339 - Lider Nəşriyyat, Bakı - 2005. ("Uçurum" pyesindən)Kitabı okudu
Əfəndim! Dərin bir eşq, həqiqi bir məhəbbət daima dilsizdir...
Sayfa 86 - Lider Nəşriyyat, Bakı - 2005. ("Maral" pyesindən)Kitabı okudu
Uçurum: şu çirkin, şu alçaq həyat, Uçurum: uçurum bütün kainat!..
"Uçurum" pyesindənKitabı okudu
Reklam
-Doğrusu məhəbbət çəkilməz bir bəladır. -Əvət, bəla... Fəqət ən sevimli bir bəla... -Hayır, məhəbbət bulunmaz bir səadətdir. - Əvət, səadət... Fəqət ən fəlakətli bir səadət!
"Bəni üzüb bitirən bir qüvvət var ki, o da yalnız həyatdakı boşluqdan, həyatdakı mə’nasızlıqdan ibarətdir Allah eşqinə, bir düşün!.. Böylə heyvancasına yeyib-içmək, çalışıb çabalamaq niçin!? Usanmadan soyunub-geyinmək, yatıb-qalqmaq niçin!? Duyğusuz bir makina kibi düşünüb-daşınmaq, yazıb-pozmaq niçin!? Ah, şu mə’nasız “niçin”ləri, bu təməlsiz həyatın hiçliyini düşündükcə, adəta kəskin dırnaqlı bir qartal cigərlərimi qoparıyor, kinli bir əjdəha beynimi gəmiriyor. Gülmək istiyorum da güləmiyorum. Ağlamaq istiyorum da, ağlıyamıyorum. Daima ıssız bir qaranlıq, sisli bir durğunluq bütün bənliyimi sarsıyor. Daima əməlsiz bir boşluq, acı bir yorğunluq bəni boğuyor, bəni məhv ediyor. Könlümü sevindirəcək hiç bir hiss, hiç bir qüvvət yoq. Ruhumu güldürəcək hiç bir ümid, hiç bir təsliyət yoq... Xəyalımı oqşayacaq bir şö’lə, bir yıldız arıyorum da bulamıyorum. Intihar edib də qurtulmaq istiyorum, heyhat! Ona da müvəffəq olamıyorum."
Dərviş (yarım qəhqəhə ilə) İştə gördünmü din nələr doğurur? Nə bəlalar, nə fitnələr doğurur? Din bir olsaydı yer yüzündə əgər, Daha məs’ud olurdu cinsi-bəşər.
"Çünki, eşq, öksüz bir çocuq kibi daima yalnızlıqdan xoşlanır."
Reklam
Ah, mələklərdən ölənmi var, nədir? Yenə göy yüzündə matəm əlaməti görünüyor!..
-Mə’yus olma, Allah böyükdür. - Bənim dərdimdəndəmi böyükdür?
84 öğeden 1 ile 15 arasındakiler gösteriliyor.