Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Stalinlə İxtilal Xatirələri

Mehmet Emin Resulzade

Stalinlə İxtilal Xatirələri Gönderileri

Stalinlə İxtilal Xatirələri kitaplarını, Stalinlə İxtilal Xatirələri sözleri ve alıntılarını, Stalinlə İxtilal Xatirələri yazarlarını, Stalinlə İxtilal Xatirələri yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
·
Puan vermedi
Rəsulzadə kimi şəxsiyyətə qarşı bu qədər etinadsız münasibəti yaraşdırmıram xalqıma. Bir ölkədə, o ölkənin təməllərini atmış şəxsiyyətin adına bir dənə də olsun məktəb olmazmı? Bəs bu gənclik niyə etinadsız yanaşır tarixi irsimizə. Məgər onu yad etmək bu qədərmi çətin işdir? Axı niyə, iqtidarın köləsi olursunuz? Elçibəy deyəndə müxalif damğası vurduğunuz kimi, Rəsulzadəyə qarşı kin aşılayırsınız. 100 il öncə vəfat etmiş Rəsulzadə kimi dahi şəxsiyyətə sevgi bəsləməyin nəyindədir qəbahət? Axı o olmasaydı, nə bu məmləkət olardı, nə bu diyar. Axı şəhidlərimizin tabutunun büründüyü o üç rəngli bayrağı belə Rəsulzadə öz əlləri ilə tikib. Heç o bayrağa xatirmi yad etməsiniz, ulu öndərimizi?
Stalinlə İxtilal Xatirələri
Stalinlə İxtilal XatirələriMehmet Emin Resulzade · Mücrü nəşriyyatı · 202298 okunma
Nəticə
Stalinin yeganə qayəsi Peterburjetsin dediyi kimi, hakimiyyətə ancaq hakimiyyət üçün gəlmək və bütün dünyaya yaymaq idi. O, rus imperializminin tarixi seyrinə hakim olan cahangirlik ənənəsinin ən qəddar bir nümayəndəsi idi!
Reklam
Stalinlə söhbət
-Azərbaycanda bir az hökümət etdiniz. Fəqət çox dərin bir iziniz qalmışdır. Bu izlə hələ də mübarizədəyik. Xüsusilə ziyalılar millətçilik ruhu ilə aşılanmışlar. Sizcə, bu millətçilik təsirinin əsas amili nədir? -Millətçilik deyilən hadisə bir insan birliyinin öz varlığını müdafiədən başqa bir şey deyildir. Fərdlərdə müdafieyi-nəfs təbii və qanuni olduğu kimi milli kollektivin öz özəlliklərini müdafiəsi də təbii bir hadisədir.
Müdhiş İvan
Müdhiş İvan Stalinin dünya görüşündə çox kök salmış, nümunəvi bir simadır. O, bir dövlətin ancaq terrorun işləndiyi metodlarla yaradıla biləcəyinə inanır. Qurucu bir dövlət adamının ən təsirli istifadə etdiyi silah terrordur.
İngilis-rus rəqabəti
Fəqət Allah bizi bu "xilaskarlar"dan saxlasın, düşmənlərlə biz özümüz bacararıq.
İrana tətbiq olunan siyasət
Mən Bakıya gələndə baxdım ki, bizimkilər İrana hücum planı hazırlayırlar. Dərhal mane oldum. İrana sovetləşdirməyə başlamaq yanlış bir hərəkətdir. Sosializm və kommunizm prinsiplərini oralarda tətbiqə girişmək macəraçılıqdan başqa bir şey deyildir.
Sayfa 42 - StalinKitabı okudu
Reklam
Həbsxanada Stalinlə baş-başa
-Siz kiçik bir məmləkətsiniz, öz başınıza müstəqil olaraq özünüzü idarə edə bilməzsiniz, başqa böyük bir dövlətlə necə də olsa, anlaşmanız lazımdır. -Bu təqdirdə biz yenə böyük qonşumuz olan sizinlə anlaşardıq, fəqət Nərimanın anlaşdığı tərzdə yox. -Nərimanmı bizimlə, yoxsa bizmi Nərimanla anlaşdıq?!
Həbsxanada Stalinlə baş-başa
Buradakı yerli kommunistlər sizdən qorxurlar. Bir qismi Müsavat rəisi öldürülməlidir deyir, bir qismi də yox, ömrü olduqca həbsdə qalsın təklifini edir. Fəqət mən bu iki ehtimalın heç birini sizə rəva bilmirəm. Siz əski mübarizə yoldaşısınız.
Sayfa 29 - StalinKitabı okudu
Həbsxanada Stalinlə baş-başa
O zamanlar neft mərkəzi olan Bakıda neft qıtlığı üzündən qənaət olsun deyə, adətən gecələr lampa yandırılmazdı.
Bakıda "Osobı otdel" həbsxanasında
Həbsxanada olanda bizə "Kommunist" qəzetinin bir nüsxəsinə bükülmüş qabda yemək göndərmişdilər. Qəzetin ilk səhifəsində N.Nərimanovun imzası ilə dərc edilmiş rəsmi bir məlumat vardı: "M.Ə.Rəsulzadəni vilayətlərdə hər cür təhlükələrdən qorumaq məqsədilə Sovet höküməti onun paytaxta gətirilməsinə qərar vermişdir. Burada isə həyatı əmniyyət altındadır, əhalinin bu xüsusda əmin olmasını və həyəcana düşməməsini tövsiyə edirik."
147 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.