Stalinlə İxtilal Xatirələri

Mehmet Emin Resulzade

Stalinlə İxtilal Xatirələri Gönderileri

Stalinlə İxtilal Xatirələri kitaplarını, Stalinlə İxtilal Xatirələri sözleri ve alıntılarını, Stalinlə İxtilal Xatirələri yazarlarını, Stalinlə İxtilal Xatirələri yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
Kobanın Vışınskiyə təbliği
Müzakirədə iştirak zamanı taktika icabı olaraq, bolşevik görüşünə üstünlük verən bir ifadəm vardı. Bunu həzm etməyən menşevik Vışınski etdiyim yanlışlıqlara eyhamla sataşaraq dedi: "Yoldaş, ədəbi deyil." Koba isə dərhal cavab verdi:"Haydı, yoldaş Vışınski, bir çıxıb türkcə, azərbaycanca danış, baxaq kim daha ədəbi danışır?"
Stalinə nekroloq
Fantastik adamın fantastik karyerası bitdi. 73 il əvvəl Qoridə fəqir bir pinəçi ailəsində doğulmuş oğlan Kremldə dünyanın ən böyük imperatorluğunun ən böyük diktatoru olaraq öldü.
Reklam
Bakıdan ayrılalı on beş gün olurdu. Moskva ətrafına gəlmişdik. Harada yerləşəcəyimizi düşünürdük. Yəni bir məchulatla qarşılaşırdıq. Stalin münasib bir yer müəyyənləşənəcən vaqonda qalmağı münasib hesab etdi. Bu məqsədlə aşpazı da vaqonda saxladılar. Bir manevr ilə vaqon əsas yoldan aralanaraq yan yollardan birinə verildi. Sonra bizi vaqonla birlikdə təmirxanalardan birinə apardılar. Gecəni orada keçirdik. Səhər tezdən çəkic zərbələri bizi yuxudan oyatdı. Demə, vaqonumuz təmir edilirmiş. Üç gün bu şəraitdə yaşadıq. Dördüncü gün Berzanovski Davidovu göndərib, bizi öz evinə apardı. Burada Davidovun da olduğu mənzildə bizə bir otaq ayrılmışdı.  Bu, Stalinsayağı bir iş idi; həm hörmət göstərilmiş, öz katibinin mənzilində bizə bir otaq ayrılmış, həm də bütün hərəkətlərimiz daimi bir nəzarət altına alınmış olurdu. Göz dustağı elə bu qədər olur. 
Mücrü NəşriyyatıKitabı okudu
-Yoldaş Rəsulzadə, tanıdınızmı, Stalin. -Bəli, tanıdım, Koba. -Çətin günlərdə bərabər çalışdıq,indi isə toqquşduq. -Dünya belədir,hər şey ola bilər. -Dosyenizi gördüm,vəziyyətiniz çox pisdir. Siz nə öldürüləcək, nə də ömrü boyu həbsdə çürüdüləcək bir insansınız. Sizə azadlıq verilməlidir, düşünün, bəlkə bizimlə əməkdaşlıq yaratdınız! -Bu qədər hadisə olub-bitdikdən sonra "əməkdaşlıq" müzakirə mövzusu ola bilməz, yoldaş Koba,-dedim. -Bəli,haqlısınız,biz 1918-ci ildə buraya Şaumyanı göndərməyəcəkdik. -Məsələ yalnız 1918-ci ildə deyil, siz buraya gəlməməli idiniz! Siz demokratiyanın müqəddəs saydığı böyük haqqı, milli istiqlal haqqını tapdalayaraq sərhədimizi keçdiniz.
O, rus imperializminin tarixi seyrinə hakim olan cahangirlik ənənəsinin ən qəddar bir nümayəndəsi idi!
Şərq millətləri kommunist həyatı ilə deyil, öz milli həyatları ilə yaşamaq istəyirlər.
Reklam
138 öğeden 11 ile 20 arasındakiler gösteriliyor.