Bu kitabı kitab müzakirəsi vasitəsi ilə oxudum. Kitab üz qabığında yazıldığı kimi Altsheymer xəstələri haqqında yazılmış romandır. Kitabda Layza Cenova ilə söhbət hissəsindən deyildiyi kimi yazıçı bu kitabı nənəsi 80 yaşında bu xəstəliklə qarşılaşdığı zaman yazmışdır. Ancaq kitabda oxuyanda bilinir ki, yazıçı bu kitabı yazanda bu xəstəlik haqqında araşdırmalar aparıb, özü də kitabın son səhifələrində deyir.
Mövzu
Əsas obrazımız Elis Haulendin 50 yaşı var. Elis Harvard Universitetində koqnitiv psixologiya fənni üzrə professor vəzifəsində çalışır. O özü kimi olan Con Haulend ilə evlidir və 3 uşaqları var, Anna, Tom və Lidiya. Uşaqları arasında münasibət cəhətdən uzaq olduğu Lidiyadır. Onla sözləri tam uyğun gəlmir. Lidiya əsas atası ilə daha mehribandır. Anna isə Çarli ilə evlidir. Elis son zamanlar hiss edir ki, müəyyən şeyləri unudur, ancaq düşünür ki, normal insanlarda da unutqanlıq xüsusiyyəti var. Məsələn, mühazirə zamanı və ya söhbət edəndə müəyyən sözləri unudur. Koqnitivizm dərsi keçməlidirsə, o, dərsinə getmək üçün qeyd aparır. Çikaqoda olacaq konfransı unudur və ora gedəmir. Ancaq sonra bir gün qaçanda (Elis həm də günlük qaçış edirdi) evinə qayıtmaq üçün yolu unudur. Sonra düşünür ki, menopoz dövründə olduğu üçün ola bilər, həkiminə gedir, amma həkimi bu fikrin yanlış olduğunu söyləyir. Sonra başqa həkimə gedir, orda edilən testlərdən bilinir ki, Elis Altsheymer xəstəsidir və ondan sonra həyatında olan çətinliklər başlayır.
Ancaq indi belə götürəndə düşünmək olar ki, yazıçı bu kitabı 80 yaşında nənəsi bu xəstəliyi tutduqdan sonra yazıb, amma niyə əsas obrazımız 50 yaşındadır, onun da səbəbini yazıçı demişdir. Çünki biz, insanlar elə düşünürük ki, yaşı çox olan insanlar sadəcə bu xəstəliklə qarşılaşa bilər, sadəcə onlarda unutqanlıq ola bilər, amma bu düzgün