Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Şəxsi Bir Otaq

Virginia Woolf

Şəxsi Bir Otaq Sözleri ve Alıntıları

Şəxsi Bir Otaq sözleri ve alıntılarını, Şəxsi Bir Otaq kitap alıntılarını, Şəxsi Bir Otaq en etkileyici cümleleri ve paragragları 1000Kitap'ta bulabilirsiniz.
İnsan özü olmalıdır və bu hər şeydən daha vacibdir.
Həqiqət barmaqlarımın arasından axıb getmiş, bircə zərrəsini belə tuta bilməmişdim.
Reklam
Başqalarına təsir etmək xülyasına qapılmayın.
"Onlar ədəbiyyatı satın ala bilməzlər ki... Ədəbiyyat hər kəsə açıqdır. Universiteti idarə edənlərdən biri olsanız da, məni çəmənlikdən uzaqlaşdıra bilməzsiniz. İstəsəniz, kitabxanalarınızı kilidləyin, lakin düşüncə azadlığımın önünə qoya biləcəyiniz heç bir qapı yoxdur, nə kilidləyə, nə də sürgülüyə bilərsiniz..."
Şəxsi bir otaq, Virciniya VulfKitabı okudu
İnsan təkəbbürlü varlıqdır.
Şəxsi bir otaq, Virciniya VulfKitabı okudu
"Həyatı asanlaşdıran şeylər" gözləməlidir.
Şəxsi bir otaq, Virciniya VulfKitabı okudu
Reklam
İnsanlara " durğun həyata,sükunətə şükür edin" demək faydasızdır. Onların hərəkətə ehtiyyacı var. Hərəkətlilik yoxdursa,onu yaratmalı olacaqlar. Milyonlarla insan mənimkindən daha boz aqibəti yaşamağa məcburdur. Milyonlarla insan bəxtinə düşənə " səssiz çığırtılarla" üsyan edir. Yaşamın qaragüruhunda insanların nə qədər üsyan toxumu cücərtdiyini heç kim bilmir. Adətən istəyirlər ki,həlim olaq,lakin qadınlar da kişilər kimidir. Bacarıqlarını inkişaf etdirmək,qardaşları kimi bacarıqlarından istifadə edə biləcəkləri,nəyəsə faydalı olacaqları yer tapmaq arzusundadırlar. Sərt qaydalar,mütləq durğunluq onlara əzab verir. İmtiyazlı həmcinslərinin onlara " pudinq hazırlamaq,corab toxumaq,piano çalmaq,naxış vurmaq kimi şeylərlə kifayətlənin" deməsi nadanlıqdır. Qadınlar adət-ənənənin uyğun bildiklərindən artığını etmək,daha çoxunu öyrənmək istəyirsə,onları günahlandırmaq,ya da onlara gülmək düşüncəsizlikdir.
Sayfa 128Kitabı okudu
Gənc yaşında sıxışdırılmış və məhdudlaşdırılmış vəziyyətdə olub ölməməyi necə bacara bilərdi??
Qadınları qorumaqdan əl çəkin. Onları işə, məşğuliyyətə cəlb edin. Qoy əsgər, dənizçi, maşinist, yaxud liman işçisi olsunlar. Onda görəcəksiniz ki, qadınlar çox gənc ikən öləcək. Görəcəksiniz ki, hansısa kişi çıxıb " bir təyyarə gördüm" deyən kimi " bir qadın gördüm " deyəcək.
Şəxsi bir otaq, Virciniya VulfKitabı okudu
qadınlar əsrlər boyu kişiləri olduqlarından iki dəfə böyük göstərən sehrli və möhtəşəm gücə sahib güzgü rolunu oynayıb.
1.000 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.