Taxta Məktub

Ülviyyə Tahir
Tahmini Okuma Süresi:
5 sa. 6 dk.
Sayfa Sayısı:
180
Basım Tarihi:
2024
Yayınevi:
Səbat Nəşriyyatı
Orijinal Dil:
Azerbaycanca
Orijinal Ülke:
Azerbaycan
ISBN:
789952849080
Ülke:
Azerbaycan
Dil:
Azerbaycanca
Format:
Karton kapak
Reklam

Yorumlar ve İncelemeler

Ülviyyə Tahirin Taxta məktub romanı haqqındakı düşüncələr..
Puan vermedi·180 syf.··
2026 1. kitabı
·
9 günde okudu
·
Okunma: 10 Ocak 2026 17:55
ƏDƏBİYYAT VƏ İNCƏSƏNƏT - Taxta məktublar da olur, bilirdinizmi? edebiyyatveincesenet.az/mutalie-medeniy...
Taxta MəktubÜlviyyə Tahir · Səbat Nəşriyyatı · 202441 okunma
Puan vermedi·136 syf.··
2026 9. kitabı
·
3 günde okudu
·
Okunma: 30 Ocak 2026 14:37
Bazı kitaplar vardır, seni alır ve nereye gittiğini söylemeden yola çıkarır… Tahta Mek Tup tam olarak böyle bir kitap. Okurken bir trenin içindeymişim gibi hissettim; duraklar belirsiz, yol uzun ama anlatılan her şey fazlasıyla gerçek. Kitap; geçmişle bugün arasında sıkışmış hayatları, suskunlukla büyüyen acıları ve söylenemeyen kelimelerin ağırlığını anlatıyor. Karakterler öyle kusursuz değil, aksine fazlasıyla insani. Her biri kendi yükünü sırtında taşıyor ve bu yük bazen bir aile hikâyesi, bazen bir çocukluk travması, bazen de yarım kalmış bir sevgi olarak karşımıza çıkıyor. Yazarın dili sade ama vurucu. Abartıya kaçmadan, süsleyip parlatmadan anlatıyor her şeyi. En çok da bu etkiliyor beni. Okurken “bunu ben de hissettim” dediğim çok yer oldu. Bazı satırlar insanın içine dokunuyor, bazılarıysa uzun uzun düşündürüyor. Kitap ilerledikçe fark ediyorsun ki aslında anlatılan sadece bir hikâye değil; hepimizin içinden geçen ama çoğu zaman dillendiremediği duygular. Tahta Mek Tup, geçmişten kaçmanın mümkün olmadığını ama onunla yüzleşmeden de ilerlenemeyeceğini hatırlatıyor. Hayatın raydan çıkmış gibi hissettirdiği anlarda bile yolun bir şekilde devam ettiğini gösteriyor. Kısa sürede okunan ama etkisi uzun süre kalan kitaplardan. Duygusal, gerçek ve derinlikli hikâyeleri sevenlere kesinlikle öneririm.
Tahta MektupÜlviyyə Tahir · Nesil Yayınları · 202541 okunma
Taxta məktub və Taxta əlfəcin...
9/10
·180 syf.··
2025 2. kitabı
·
23 saatte okudu
·
Okunma: 31 Ocak 2025 00:10
Ülviyyə Tahirin Ülviyyə Tahir "Taxta Məktub" Taxta Məktub əsəri tarixi roman janrında yazılmış, repressiya illərinin acı həqiqətlərini bir uşaq dünyagörüşü ilə əks etdirən təsirli bir əsərdir. Müəllif oxucunu ədalətsiz repressiya dövrünə apararaq, cəmiyyətin məruz qaldığı haqsızlıqları və fərdi insan talelərini kiçik bir qızın gözündən göstərir. Kitabın dili olduqca sadə və axıcıdır. Bu, əsərin əsas qəhrəmanı olan balaca Qəmərin dünyagörüşünə uyğunlaşdırılıb. Müəllif uşağın həyatla bağlı verdiyi suallar və onun hissləri vasitəsilə böyük tarixi hadisələrin içində bizi kiçik bir dünyaya daxil edir. Qəmərin baxış bucağı romanın emosional təsir gücünü daha da artırır. Oxucu onun düşüncələri ilə tanış olduqca, repressiyaların fərdi insanlara necə təsir etdiyini dərindən hiss edir. "Taxta Məktub" təkcə bir ailənin yox, bütöv bir xalqın yaşadığı zülmü əks etdirən bir əsərdir. Qəmərin atasız qalması, onun bu hadisələrə uşaqlıq saf düşüncəsi ilə yanaşması oxucunu dərindən təsirləndirir. Müəllif burada tarixlə insan taleyi arasında gözəl bir balans yaradır. Məncə tarixi romanlara marağı olmayan oxucular üçün belə bu əsər uyğundur, çünki burada hadisələr akademik və quru tarix dili ilə yox, canlı insan taleləri ilə təsvir olunub. "Taxta Məktub" sadə dili, dərin mövzusu və təsirli süjeti ilə yadda qalan bir əsərdir. Kitab təkcə tarixi hadisələri anlamaq üçün deyil, həm də insan duyğularını hiss etmək üçün oxunmalıdır. Qəmərin gözlərindən baxaraq, unudulmaz bir tarix səhifəsinə şahidlik edirik. Unutmamaq və unutdurmamaq üçün oxumağa dəyər.
Düşünce
Taxta MəktubÜlviyyə Tahir · Səbat Nəşriyyatı · 202441 okunma
Puan vermedi·180 syf.··
2025 46. kitabı
Ülviyyə Tahir - “Taxta Məktub" ️Kitab yazıçının qələmi ilə ilk tanışlığım oldu və kitabın əvvəlində mövzu bir az qarışıq gəldi. Çünki baş verənləri tam anlamadım. Anladığım o idi ki, hadisələr “Qəmər” adlı azyaşlı bir qızın dili ilə danışılır və bu qızın gözü ilə repressiya dövründəki həyat təsvir olunur. Dindarların təzyiqlə qarşılandığı, insanların məscidə getməsinin, Quran oxumağının, oruc tutmasının, Məhərrəmlik tədbirlərinin keçirilməsinin və Novruz bayramı kimi adət-ənənələrin belə yasaqlanıb, bu qaydalara qarşı çıxanların isə ciddi şəkildə cəzalandırıldığı bir dövrdən bəhs olunur. Qəmərin atası da həmin dövrdə Sibirə sürgün olunanlardan biridir. Qəmər atasına qovuşmaq ümidi ilə alışıb-yanır, əlinə düşən hər fürsətlə onu axtarmağa çalışır. O dövrün qanunları insanlara öz mal-mülklərini belə qorumağa imkan vermir, kim qarşı çıxırsa “qolçomaq” damğası ilə ya sürgünə göndərilir, ya da xalq düşməni kimi göstərilirdi. Qəmər baş verənləri qəbul edə bilmir, bu hadisələrin necə baş verdiyini və bunları edənlərin kim olduğunu anlamağa çalışır və atasını tapmaq uğrunda mübarizə aparır. Bu tip detallar xalqın çətin həyatını kitabda əks etdirir. ️Əsərin maraqlı süjet xətti və kiçik hissələrə bölünməsi onu sürətli və rahat oxunan edir, amma əvvəlki hissələrin mənə bir az qarışıq gəldiyini də gizlədə bilmərəm. Hər nə qədər yazıçının seçdiyi mövzu kimlər üçün maraqlı olsa da, kitab mənim zövqümə uyğun deyildi. Yəni, nə hekayənin axarı, nə də hadisələrin təqdimatı məni öz içinə ala bilmədi. Kitabı pisləmək niyyətim yoxdur, sadəcə olaraq maraq dairəmə daxil olmayan bir əsər olduğu üçün bəyənməyib, uzun bir təhlil paylaşmağa ehtiyac olmadığını düşünürəm. O dövrün çətinlikləri və insanların yaşadıqları ağrılar əlbəttə ki, hər kəsi təsirləndirə bilər – məni də emosional olaraq
1000Kitap
Taxta MəktubÜlviyyə Tahir · Səbat Nəşriyyatı · 202441 okunma

Yazar Hakkında

Ülviyyə TahirYazar · 5 kitap
1987-1998 yılları arasında Goychay bölgesindeki A.Askerov ortaokulunda okudu.1998 yılında Bakü Devlet Üniversitesi (şimdi Bakü Devlet Üniversitesi ) Tarih Fakültesine girdi ve aynı fakülteden 2002 yılında mezun oldu. 2009 yılında Azerbaycan Dil Üniversitesi İngilizce Fakültesine girdi. İlk hikayesini 2009'da yazdı. 150'den fazla hikaye, araştırma makalesi ve çeviri kitabının yazarıdır.