Adından da məlum olduğu kimi əsas hadisələr Teatr və səhnə üzərindən cərəyan edir. Baş obrazımız Culiya adlı bir xanımdır. O, insanları sanki ovsunlayan, ifa etdiyi rol ilə özünə valeh edən çox məharətli bir aktrisadır. Maykl adlı yaraşıqlı, gözəl sima'sı olan bir gəncə aşiq olur. Maykl gələcəklə bağlı böyük xəyalları, ideaları olan və var-dövlət sahibi olmağı arzulayan 1 gəncdir. Məntiqlə qərar verərək, ömrünü Culiya ilə birləşdirmək qərarına gəlir. Çünki Culiya gələcəyi parlaq və istedadlı bir aktrisadır. Onlar ailə həyatı quraraq, öz teatrlarını yaradırlar.
İllər ötdükcə Culiyanın həyatdan istəkləri, arzu və xəyalları dəyişir və bəzən özünə belə zərər vuracaq həddə çatır.. Culiya əslində fərqində olmadan öz həyatını məhv edir.. Öz ehtirasının qurbanı olur..
Əsər kifayət qədər düşündürücüdür.. İnsan oxuduqca, istər-istəməz həyatı sorğulayır. Eşq həqiqətən var mı? Varsa, bəs nədir? Həyatın məqsədi nədir? Nə üçün yaradılmışıq? Öz istəklərinin arxasınca getmək hər zaman insana xoşbətlik gətirər mi?..
Culiya bağışlanmaz səhvlərə yol verir, ancaq səhvsiz insan var mı? Səhv etmək insana məxsus deyil mi? Bəs əsas olan sonda o səhvlərdən dərs çıxardıb, doğrunu tapmaq, həyatını gözəlləşdirmək deyil mi?
Məncə əsas olan nəticədir. Əgər nəticəsi gözəldirsə, səhv etmək də gözəldir..
Xoş mütaliələr