Həyatda dəyərli olan hər şey onunla əlaqəli mənfi təcrübəyə qalib gələrək qazanılır. Mənfidən canım qurtarmağa çalışmaq, ya da ondan qaçmaq, onu rədd etmək, səsini batırmaq, sadəcə, onu yenidən alovlandırmaqdan başqa bir işə yaramır. Əzabdan qaçmağa çalışmaq da elə əzab çəkməyin bir formasıdır. Mübarizəni rədd etmək də elə mübarizə aparmaqdır. Uğursuzluğu inkar etmək özü də uğursuzluqdur.