Kitab hamının sevimlisi məşhur detektiv obrazı olan Şerlok Holmsun və onun sadiq dostu doktor Vatsonun macəralarından bəhs edən qısa hekayələrdən ibarətdir. Tor körpüsünün sirri sadəcə hekayələr toplusunun hissələrindən biridir. Bu hekayələrin qatillərinin bəziləri adət halını almış və hamımıza tanış olan formulaya uyğun olsa da, bəziləri bu formuladan kənara çıxır, belə ki müqəssirlərdən bəziləri təbiət hadisələri və canlılar, yaxud elə qurbanın özüdür. Hekayələr boyunca vəziyyət nə qədər mürəkkəb və ya təhlükəli olsa da, qəhrəmanlarımız birlikdə problemin öhdəsindən gəlirlər.