Ümmi Əbiha Sözleri ve Alıntıları

Ümmi Əbiha sözleri ve alıntılarını, Ümmi Əbiha kitap alıntılarını, Ümmi Əbiha en etkileyici cümleleri ve paragragları 1000Kitap'ta bulabilirsiniz.
İslamı tanımadan ibadət edənlər kor-koranə ibadət etmiş olurlar.
Gecə namazı belə şərafətlərə malikdir.
Hədislərdə deyilir ki, insan gecə namazı qılarkən Allah-təala doqquz cərgə mələyi onun arxasında dayanıb namaz qılmaq üçün göndərir. Cərgələrin sayı doqquz olsa da, hər bir cərgədə nə qədər mələk dayandığını Allah bilir. Allah-təala həmin şəxsin dərəcəsini o mələklərin sayı qədər artırır. Həmin mələklər Allahdan bu insanın bağışlanmasını diləyərlər.
Reklam
Sübh namazı yeganə namazdır ki, həm gecənin həm də gündüzün mələkləri tərəfindən müşahidə edilib yazılır. Ümumiyyətlə, nəzarətçi mələklər iki dəstəyə bölünür: Onların bir dəstəsi gecələr nəzarət edir, bir dəstəsi isə gündüzlər.
ZİKR
-Hər kəs Fatimeyi Zəhranın təsbihini zikr etsə və qurtardıqdan sonra dərhal bir dəfə "əstəğfirullah rəbbi və ətubu iləyh" - desə, Allah onu bağışlayar. Bu təsbihatda yüz dəfə zikr olmasına baxmayaraq, qiyamət gününün hesab-kitabında yüz deyil, min zikr hesab olunacaq. Bu zikri etmək şeytanı uzaqlaşdırar və Allahın razılığına səbəb olar.
Peyğəmbər (s) buyurur: "Hər kəsin Allahdan bir istəyi olsa, biz Əhli-beytin(ə) vasitəsilə diləsin.
Sübh namazı
Hər kəs sübh namazını vaxtında qilsa, həm gecə mələkləri günün axırıncı əməli kimi, həm də gündüzün mələkləri yeni günün birinci əməli kimi o şəxsin dəftərinə qeyd edirlər.
Reklam
Ğüfeylə namazı
Ğüfeylə namazı şam namazından sonra qılınır. Bu namaz müstəhəb namazlardan biridir və çox böyük şərafət və xüsusiyyətə malikdir. Belə ki, hər kəs bu namazı qılsa, Allah-təala onun hər hacətini inayət edər və günahlarını bağışlayar. Ğüfeylə namazı qılan insanın cəhənnəmə getməsi mümkün deyil. İmam Səccad (ə) ğüfeylə namazı haqqında söhbət edərkən Xanım Zeynəb ağlayıb dedi: "İstəmirəm bunu Şimr da saxladı bilsin. Mən onun bağışlanmasını istəmirəm. İmam (ə) buyurdu: Bibican, narahat olma. Allah-təala Şimrə bu namazı qılmağı nəsib etməyəcək.
Ustadlardan biri namaz haqqında belə buyurmuşdu
İnsan fikirləşməməlidir ki, yaşlandıqda namazı daha gözəl, daha rahat qıla bilər. Hər bir işin yaxşısını və gözəlini insan cavan vaxtlarında yerinə yetirə bilir. İnsan namazın şirinliyini cavan vaxtlarinda dadıb hiss edə bilir.
Fatimeyi Zəhra(s.ə) bilirdi ki, hər bir insanın Allahı başa düşməsi, təkamülə çatması və xoşbəxt olması tərbiyədən asılıdır. Bilirdi ki, hər bir cəmiyyətin inkişafı da onun tərbiyəsi ilə əlaqəlidir. Həmçinin bilirdi ki, övladın tərbiyəsinin əsas hissəsi ananın öhdəsinə düşür. Doğrudur ki, uşağın tərbiyəsində atanın da özünəməxsus yeri var. Atanın yeməyi, qazancı, səfərləri, rəftarı və hər bir hərəkəti ailədə və övladın tərbiyəsində öz təsirini göstərir.
19 öğeden 11 ile 19 arasındakiler gösteriliyor.