Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Ümmi Əbiha Sözleri ve Alıntıları

Ümmi Əbiha sözleri ve alıntılarını, Ümmi Əbiha kitap alıntılarını, Ümmi Əbiha en etkileyici cümleleri ve paragragları 1000Kitap'ta bulabilirsiniz.
Əli(ə) buyurdu:"Ya Fatimə, səndən soruşsalar imamın kimdir? De: Qəbrim üstə ağlayan məzlum Əli."
İmam Sadiq (ə) buyurur: "Həm gecənin mələkləri, həm də gündüzün mələkləri sübh namazını həm görür, həm də yazırlar."
Reklam
Qiyamət günü Həzrət Fatimeyi Zəhranın (s.ə) bircə nəzəri bütün müsəlmanlar üçün lütf və mərhəmətdir. Allah-təala o lütf və mərhəməti hamımıza nəsib etsin.Amin inşallah
Hər bir məktəbin Fatimeyi Zəhra(s.ə) kimi nümunəvi insanı olsaydı, onlar belə bir xanımdan necə istifadə edib bəhrələnərdilər? Allah-təala yalnız müsəlmanlara belə bir nümunəvi xanımı bəxş etmişdir. Buna görə də müsəlmanların borcudur ki, bu fürsətdən istifadə edib həm əxlaqi, həm elmi, həm də mənəvi cəhətdən ondan nümunə və örnək götürsünlər.
Peyğəmbər (s) buyurdu:
-Ya Fatimə, o, həmin gündür ki, bütün insanlar görəcəklər ki, bir dəstə insan sənin ətəyindən tutub nicat taparaq cənnəti qazandılar. Bunu gördükdə bütün insanların hamısı peşman çılıq çəkərək deyəcəklər: Kaş, biz də bu dünyada Fatiməni sevənlərdən olardıq. Ya Fatimə, o gün (qiyamət günü) sən, səni sevənlər və səni sevənləri istəyənlərin hamısı (Allahın izni ilə) cənnətə daxil olacaqlar.
Namaz.
Namazın özü insan üçün mühümdür. Namaz insanın nuraniyyəti, əzəməti və mənəviyyətidir. Namaz insanın şərafəti, ədəbidir. Namaz insanın Allahına olan təşəkkürüdür. Namaz insanın əbədiyyətidir. Namaz insan mənəviyyətinin varlığıdır. Namaz İslamın üzü və görünən tərəfidir. Namaz qiyamət günü soruşulan ilk sualdır. Namaz dinin sütunudur. Namaz bütün peyğəmbərlərin vəsiyyətidir.
Reklam
İbadətə ruh və can verən Peyğəmbər(s) və Əhli beytidir(ə). Xanım Zəhra(s.ə) ibadətin ruhudur. Vacib namazlardan sonra hər kəs o xanımın zikrini etsə, Allah-təala həmin şəxsə minlərlə namazın savabını bəxş edər.
Fatimeyi Zəhra (s.ə.) :
"Övladlarınızı sevin, onların tərbiyəsi ilə məşğul olun" Bilirdi ki, hər kəs öz övladına gözəl tərbiyə verməsə, qiyamət günü cavab verməlidir.
İmam Sadiq (ə) buyurur: "Xanım Fatimənin(s.ə) təsbehini hər gün namazdan sonra demək mənim üçün gündə min rəkət (müstəhəb) namazdan daha əzizdir. Çünki bir rəkət namazdan sonra bu zikri deyən şəxsə min rəkət namazın savabı yazılar.
Gecə namazı belə şərafətlərə malikdir.
Hədislərdə deyilir ki, insan gecə namazı qılarkən Allah-təala doqquz cərgə mələyi onun arxasında dayanıb namaz qılmaq üçün göndərir. Cərgələrin sayı doqquz olsa da, hər bir cərgədə nə qədər mələk dayandığını Allah bilir. Allah-təala həmin şəxsin dərəcəsini o mələklərin sayı qədər artırır. Həmin mələklər Allahdan bu insanın bağışlanmasını diləyərlər.
19 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.